"Dodge Durango" “narıncı” versiyanı alıb

Dodge Charger sedanı və Dodge Challenger kupesindən sonra Dodge Durango krossoveri də xüsusi “tarixi” opsiyalar paketinə sahib olub.
Amerikan brendi müştərilərinə bu modeli seçərək, klassik HEMI mühərriklər ailəsinə və silindr blokunun xarakterik narıncı rənginə malik olan belə qurğularla təchiz edilmiş güclü maslkarlar dövrünə ehtiramlarını göstərməyə dəvət edib. Hazırda portağal rəngində mühərrikin bir hissəsini deyil, avtomobilin kuzov və salonunun elementlərini boyamaq təklif edilir.
1995 dollara Dodge Durango R/T modelinin alıcıları öz avtomobilləri üçün narıncı və tünd silah metalı rəngində kuzov zolaqları, tündləşdirilmiş arxa işıqlar, boz və narıncı nişanlar, habelə 20-düymlük qara təkər disklərindən ibarət olan HEMI Orange dəstini sifariş edə bilərlər.
HEMI Orange variantı olan krossoverlər seçilən narıncı tikişləri olan üzlüyü, oturacaqlardakı naxışlı monoxrom brend loqolarını əldə edəcəkdir. Lakin 4500 dollarlıq HEMI Orange Plus paketini seçənlər, əlavə olaraq elektrikli lyuku, elektron köməkçilərin genişləndirilmiş siyahısını və 19 dinamikli Harman Kardon premium səs sistemini əldə edəcəklər.
Durango R/T modelinin tam ötürməli variantı üçün 5095 dollar dəyərində HEMI Orange Tow N Go dəsti təklif olunur. Bu qiymətə narıncı rəngə boyanmış supportları olan Brembo əyləcləri, gücləndirilmiş asqı, xüsusi 20-düymlük təkər diskləri və avtomobilin ağır qoşquları yedəyə almaq üçün adaptasiyası daxildir.
HEMI Orange Dodge Durango R/T modeli üçün texniki dəyişiklikləri nəzərdə tutmur. Ofrouder standart olaraq 360 at qüvvəli 5,7-litrlik V8 mühərriki və 8-pilləli avtomatik transmissiya ilə təchiz edilir.
autograph.az
Yeni ekoloji standartlar gəlir
Nəhəng avtomobil şirkətindən şok qərar: 50 min işçi çıxarılır
Diler mərkəzlərinə kiberhücum – DƏLƏDUZLUQ KÜTLƏVİLƏŞƏ BİLƏR
Daha güclü mühərrik və yeni dizayn: Təkmilləşdirilmiş "Niva Bronto" istehsala buraxıldı
“Tesla” uça bilən avtomobilini təqdim etdi - VİDEO
“Volkswagen” konserni model sayını yarıbayarı azaldır
Çin xarici bazarda möhkəmlənmək istəyir - Ekspert
“Porsche”nin satışında onillik minimum
Çin bazarı üçün hazırlanmış maşınların ixracı qadağan edilir
Avtomatik maşını mexanika kimi idarə etmək mümkün olacaq – YENİLİK
Çinin qlobal avtomobil bazarında payı azalır












