Dubayda daha bir dəbdəbəli avtomobil patrul xidmətinə başlayıb - FOTO

Dubay polisi (Birləşmiş Ərəb Əmirliyi) lüks avtomobillər parkı üçün yeni lüks nəqliyyat vasitəsi alıb.
Bu barədə bazar günü əmirlik hökumətinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, polisin patrul avtomobilləri parkına “Bentley Continental GT V8” əlavə edilib.
Lüks avtomobil Dubay Polis Klubunda təqdim olunub. Tədbirdə hüquq-mühafizə orqanlarının, eləcə də “Bentley” avtomobil istehsalçısının nümayəndələri iştirak ediblər.
Dubay Polisinin Cinayət Axtarış Departamentinin rəisi, general-mayor Camal Əl-Cəlləf bildirib ki, yeni patrul avtomobili 542 at güclü səkkiz silindrli mühərriklə təchiz edilib və 100 km/saat sürəti 3,9 saniyəyə yığa bilir.
Xatırladaq ki, Dubay polisi bütün dünyada super avtomobil parkı ilə tanınır. Hüquq-mühafizə orqanlarının qarajında “Bugatti Veyron”, “Lamborghini Aventador”, “Mercedes-Benz SLS AMG”, “BMW i8” və digər avtomobillər var.(oxu.az)
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO
“Tesla” bu modelin satışından imtina etdi – MÜŞTƏRİLƏRƏ BƏD XƏBƏR












