Dünyanın ilk süni intellektli avtomobili təqdim olunub - FOTO

Çinin “Xpeng” avtomobil istehsalçısı yeni 2025-ci il “Xpeng P7+” kupe modelini təqdim edib. Bu avtomobil dünyanın ilk seriyalı istehsal olunan, təkmilləşdirilmiş süni intellekt sistemi ilə təchiz edilmiş elektrikli avtomobilidir.
“P7+” modelinin xarici görünüşü futuristik və zərifdir. Yuxarıda gündüz işıqları və aşağıda əsas faralarla bölünmüş optika avtomobilə unikal xarakter verir. Avtopilot funksiyasını həyata keçirmək üçün gövdəyə kameralar və radarlar quraşdırılıb. Avtomobil gümüşü, ağ, qara, bənövşəyi və bej daxil olmaqla beş rəngdə mövcuddur. Qabariti də insanda təsir qoyur – uzunluğu 5056 mm-dir ki, bu “P7+” modelini “Xpeng”in minik avtomobil xəttində ən böyüyü edir.
Modelin interyeri minimalizm və yüksək komfort səviyyəsi ilə fərqlənir. Salonun içərisində arxa sərnişinlər üçün əyləncə sistemi də daxil olmaqla üç ekran quraşdırılıb. Döşəmə ekoloji cəhətdən təmiz materiallardan hazırlanıb və oturacaqlar ventilyasiya, isitmə və masaj funksiyaları ilə təchiz edilib. Panoramlı dam və mərkəzi konsolda fiziki düymələrin olmaması xüsusi diqqətə layiqdir.
Modelin əsas xüsusiyyəti yeni “Xpeng AI Eagle Eye” avtopilot sistemidir. İstehsalçının iddiasına görə, bu sistem obyektlərin tanınmasını 40% yaxşılaşdırır və aşkaretmə məsafəsini 125% artırır. Avtomobil iki güc qurğusu variantı (245 və 313 at qüvvəsi) və 710 km-ə qədər yürüş məsafəsi ilə təklif olunur. Bu xüsusiyyətlərlə “Xpeng P7+” təkcə Çin deyil, həm də dünya elektrikli avtomobil istehsalçılarına meydan oxumağa hazırdır.
(Banker.az)
Bu ölkədə nömrənin hər hərfinə görə pul ödəniləcək
Rusiyada avtomobil satışında ciddi geriləmə - FOTO
Elektrik avtomobillərində gizli nasazlıq: Batareya problemi yaşanır
Çin avtomobilləri ilə bağlı daha bir QADAĞA
İlk avtomobili atla ötmək mümkün idi - FOTO
Bu avtomobildən cəmi 499 ədəd istehsal olunacaq - FOTO
"BMW" 720 mindən çox avtomobili geri çağırır
ABŞ-də 1955-ci ilin "Chevrolet"ni elektromobilə çevirdilər - FOTO
Avtomobil nəhəngi 32 illik əfsanəvi modelinin istehsalını DAYANDIRDI - FOTO
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir












