Elektromobil: Avropanın 2035-ci il hədəfi dəvəquşu siyasətinə bənzədildi

Avropada daxili yanma mühərrikli avtomobillərin istehsalının 2035-ci ildən etibarən qadağan edilməsi barədə qərar olsa da, buna şübhə ilə yanaşanlar getdikcə çoxalır.
Avtosfer.az xəbər verir ki, Avropa Komissiyasının Hesablama Palatası real vəziyyəti, xüsusən də xammal asılılığını əsas gətirərək 2035-ci il hədəfinə çatmağı qeyri-real hesab edir. Palatanın sədri, Belçikanın keçmiş ədliyyə naziri Anmi Turtelbum bildirir ki, ilk növbədə xammal asılılığından qurtulmaq lazımdır. Rusiya qazı ilə bağlı edilmiş səhvi təkrarlamaq olmaz.
Palata bildirir ki, dünyada avtomobil batareyalarının 76%-i Çində istehsal olunur. Avropanın istehlak etdiyi qrafitin 40%-i Çindən, kobaltın 60%-i isə Konqodan alınır. İttifaqda xammal resursları barədə ən son hesabat 12 il əvvələ aiddir. Xammal bazasını sabitləşdirmədən elektromobilə keçid üçün son tarix təyin etmək “dəvəquşu siyasətindən başqa bir şey deyil”.
Vüqar
Hibrid və elektromobil ustaları üçün ekspert tövsiyələri
İş adamından Çin avtomobillərinin keyfiyyəti ilə bağlı xəbərdarlıq
Çin avtomobillərinin keyfiyyəti hökuməti də narahat edir
Volkswagen 76 illik avtomobil markasını bağlaya bilər – Qərar 3 il sonra veriləcək
Doldurulabilən hibridlər: Nəzəriyyə və təcrübədə ziddiyyət
Məşhur dizayn şirkəti satıldı - FOTO
Rusiyanın yeni avtomobil startegiyasında avtomat transmissiya yer almır
Rusiyada cavabı bəlli sual: Niyə yaponlara çata bilmirik?
Dilerləri bezdirən çinli istehsalçılar
Amerikadan gətirilən maşınları idarə edənlərin NƏZƏRİNƏ: Mütləq...
"Volvo" Stokholmdakı ofisini bağlamağa hazırlaşır










