Ən sürətli dörd nəfərlik avtomobil təqdim olundu - FOTO

İsveç brendi “Koenigsegg Gemera” dünyanın ən sürətli dörd nəfərlik avtomobilini təqdim edib.
Avtosfer.az xəbər verir ki, avtomobil 2025-ci ildə satışa çıxarılacaq. Onun qiymətinin iki milyon dollardan başlayacağı bildirilir. Bu yeni avtomobildən sadəcə 300 ədəd istehsal olunacağı deyilir.
“Koenigsegg Gemer” dar fənərləri ilə dəbli dizayna malikdir. Ön bamperdə bir neçə kütləvi hava girişi quraşdırılıb. Arxada isə böyük karbon lifli diffuzor var.
Maraqlısı odur ki, eqzoz boruları birbaşa mühərrik bölməsindən çıxır.
“Koenigsegg Gemera” xüsusi DSHAD yan qapını açma mexanizminə malikdir. Onlar yan tərəfə açılmır, lakin 90 dərəcə yuxarı qalxaraq hamar bir şəkildə irəliləyir.
Salonda bir neçə böyük displey var. Oturacaqların arxa cərgəsi isə ayrıca idarəetmə ekranına sahibdir.
Superkar iki versiyada təqdim olunacaq.
Lent.az

ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












