Ərdoğan elektrik avtomobili ilə gəzintidə - FOTO

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan elektrik avtomobili ilə gəzintiyə çıxıb.
Avtosfer.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Kocaeli şəhərində təşkil edilən texnologiya və sənaye tədbirində baş tutub. Bununla əlaqədar Türkiyə Prezidentinin rəsmi "Twitter" səhifəsində də paylaşım edilib.
"Cənnət Vətənimizin yollarında...Yerli və milli", - Türkiyə Prezidentinin paylaşımında qeyd olunur.
Qeyd edək ki, ilk Türk elektrikli avtomobilinin konsepti 100 faiz türk əqli və sənaye mülkiyyətinə sahib qlobal marka yaratmaq məqsədi ilə həyata keçirilib. Türkiyədə ilk yerli avtomobillərin - elektrik krossover SUV C seqmentinin və elektrik sedanın prototipləri 2019-cu ilin dekabrında təqdim edilib. Dörd sərnişinlə elektromobil saatda 100 km sürəti 4,8 saniyəyə yığa bilir. Mütəxəssislər Türkiyənin ilk elektomobilinin dünya bazarında rəqabətə davam gətirmək qabliyyətini yüksək qiymətləndirir. TOGG avtomobilinin 2023-cü ildən satışda olacağı bildirilir.
Nərminə Əli
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO













