Ərdoğan Səudiyyə Ərəbistanının vəliəhdinə “Togg” avtomobili hədiyyə edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salmana “Togg” avtomobili hədiyyə edib.
Avtosfer.az xəbər verir ki, Səudiyyə Ərəbistanında səfərdə olan Türkiyə lideri bu ölkənin rəhbərliyi ilə birbaşa investisiya, müdafiə sənayesi, enerji, müdafiə və kommunikasiya sahələrində birgə əməkdaşlıq məsələlərini müzakirə edib.
Əl Salam sarayında R.T.Ərdoğan Məhəmməd bin Salman arasında təkbətək və geniştərkibli görüş olub.
Danışıqlardan sonra Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı vəliəhdinə ağ rəngli “Togg” hədiyyə edib.
Xatırladaq ki, “Togg” elektrikli avtomobillərinin silsilə istehsalına 2022-ci ilin oktyabrın 29-da Bursanın Gemlikdəki müəssisəsində başlanılıb. Bu ilin mart ayında avtomobil satışa çıxarılıb.
2023-cü ilin sonuna qədər 20 minə yaxın avtomobil istehsal olunacaq. İstehsalçı 2030-cu ilədək 1 milyon avtomobil tədarük etməyi qarşıya məqsəd qoyub.
Daha əvvəl Azərbaycan Prezidenti İlham Əliyev, Özbəkistanın dövlət başçısı Şavkat Mirziyoyevə, Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədova “Togg” avtomobili təqdim olunub.
Report
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO
“Tesla” bu modelin satışından imtina etdi – MÜŞTƏRİLƏRƏ BƏD XƏBƏR












