Ermənistanda İran avtomobil istehsalı xətti işə salınacaq

...İranın Ticarətin Təşviqi Təşkilatının rəhbəri Əlireza Peymanpakın təklifi ilə İran avtomobilinin istehsal xətti Ermənistanda işə salınacaq. SİA bu barədə erməni saytlarına istinad edir.
Beləliklə Ermənistanın iqtisadiyyat nazirinin müavini Nareko Teryanla görüşən İran rəsmisi ticarət əlaqələrinin inkişafı, malların tranziti üçün alternativ yollar, eləcə də məişət və elektron avadanlıqların birgə istehsal xəttinin işə salınmasını müzakirə ediblər.
Peymanpak bildirib ki, İranın ən böyük avtomobil istehsalçılarından biri Respublikada avtomobil istehsalı xəttini işə salmağı planlaşdırır.
İranın “IRNA” agentliyinin yazdığına görə, Ermənistanın Avrasiya İqtisadi Birliyi üzvlüyünü nəzərə alsaq, bu hərəkət iki ölkə üçün yaxşı nəticələr verə biləcəyini istisna etməyib.
İran rəsmisinin sözlərinə görə, oktyabrın ortalarında Ermənistanda İran ticarət mərkəzinin açılışı ilə yanaşı, İranın ticarət nümayəndə heyəti İrəvana səfər edəcək.
Qeyd edək ki, İran səlahiyyətlisi Ermənistanda Sisian-Kacaran yolu tikintisi layihəsinin hər iki ölkə üçün çox böyük əhəmiyyət kəsb edəcəyini də bildirib.
...Təbii ki, İranın təklifi ermənilər üçün elə də pis təklif olmamalıdır. Amma, maraqlıdır, ilk minik avtomobilini hələ 1962-ci ildə istehal edən İran, indiyə qədər nədənsə dünya maşın bazarında elə də uğur qazana bilməyib.
...Amma Nə bilmək olar, bəlkə ermənilər...qazandıra biləcək..?
“Volkswagen” və “Audi” yüz minlərlə avtomobili geri çağırır
Ərəblərin yeni elektromobili belə olacaq - FOTOLAR
ABŞ-də Çin avtomobilləri ilə bağlı narahatlıq: Trampa məktub göndərildi
Yanacaqdaşıyan sisternin üzərindəki rəqəmlər nəyi ifadə edir?
“Bugatti”nin yeni sahibi məlum oldu - FOTOLAR
Avropa mətbuatı: “Çin avtomobili – tez elə, pis elə”
Dubay polisinin istifadəsinə yeni lüks avtomobillər verildi - FOTOLAR
Çinin lüks elektromobilinin yanmasının səbəbi üzə çıxdı
Baş direktor: Lüks avtomobil sahibləri elektromobilə maraq göstərmirlər
Elektromobillər neft böhranlarının Çinə təsirini azaldır
“Mercedes” Almaniyadakı zavodunu bağlaya bilər












