"Exeed TXL" krossoveri ikinci dəfə yenilənib
Orta ölçülü Exeed TXL krossoveri 2018-ci ildən istehsal olunur və 2020-ci ildə yenilənmədən keçib. Eyni sinifdən olan yeni Exeed RX / Yaoguang modelinin buraxılmasına baxmayaraq, TXL nəinki model xəttində qalıb, hətta ikinci dəfə yenilənib. Hələlik yenilənmiş krossover yalnız Çində təqdim olunub və onun əsas xüsusiyyəti məhz RX modelinin üslubunda tərtib edilmiş yeni interyerdir.
Ön panel, sükan, mərkəzi tunel, qapı panelləri - bütün bunlar dəyişdirilib. Sürücünün qarşısındakı iki ekran (hər biri 12,3 düym) qorunub saxlanılır, lakin mərkəzi konsolda yalnız klimat-kontrolun üç fırlanan dəstəyi olan dəbli bloku qalıb. Mərkəzi tuneldə indi yalnız kiçik əşyalar üçün böyük qutu və telefonun simsiz doldurulması üçün platforma var. Sağ sükanaltı dəstək ötürmələr qutusunu idarə etməkdən məsuldur.
Qualcomm Snapdragon 8155 prosessoruna əsaslanan yeni mediasistemi fərqli menyu strukturuna və qrafikaya malikdir. Daxili kontur işıqlandırması genişləndirilib, hava təravətləndiricisi quraşdırılıb. Oturacaqlar nappa dəri ilə örtülüb, ön oturacaqların idarəetmə panelləri artıq Mercedes-Benz avtomobillərində olduğu kimi qapılarda quraşdırılıb, açılan ayaqaltılığısı olan sərnişin oturacağı “yatağa” çevrilə bilər. Yeni audiosistemin 23 dinamik var.
M3X platformasının 2.0 versiyasına qədər yeniləndiyi bəyan edilib. Exeed RX modelində bu, daha müasir elektronikanın, adaptiv amortizatorların və "naqillə" işləyən əyləc sisteminin (pedalla mexaniki əlaqə olmadan) peyda olması deməkdir. TXL modelinin bunlardan hansını əldə etdiyi hələlikbəlli deyil, lakin mühərriklər əvvəlkidirlər: Çin bazarında krossover 1,6-litrlik (197 at qüvvəsi) və 2,0-litrlik (261 at qüvvəsi) dördsilindrli turbomühərriklərdir. Hər iki aqreqat yeddi pilləli "robot" ilə tandemdə çalışırlar.
Maraqlıdır ki, uzunluğu 4780 millimetr olan yenilənmiş Exeed TXL zahiri cəhətdən elə də dəyişməyib. Barmaqlığın üfüqi çubuqları daha nazik olub və indi xrom örtmələr ilə bəzədiliblər, yeni dizaynlı təkər diskləri peyda olublar, palitraya açıq yaşıl kuzov rəngi əlavə edilib. Bütün xarici dəyişikliklər bunlardan ibarətdir.
Yenilənmiş Exeed TXL Çin bazarında payızın əvvəlində satışa çıxmalıdır. Səma İmperatorluğunda yenilənmədən əvvəlki krossoverlərin qiyməti indi 20 600 - 25 500 dollar arasında dəyişir. İxrac perspektivləri hələlik açıqlanmayıb.
autograph.az