"Fiat 600" krossoverə çevrilib
Fiat markasının model xəttində yenidən 600 modeli peyda olub! 50-ci illərdə arxamühərrikli kiçik xalq avtomobilinə aid olan tarixi indeks indi yığcam krossoverə verilib. Üstəlik, yeni modelin debüt versiyası elektrokardır, lakin daha sonra modifikasiya çeşidi genişləndiriləcəkdir.
Fiat 600e formal olaraq italyan markası üçün yeni seqment açacaq, əslində isə, o həm də 2014-cü ildən istehsal olunan və tezliklə təqaüdə çıxacaq Fiat 500X krossoverinin qismən əvəz edəcəkdir.
Yeni Fiat 600 modeli Peugeot 2008, DS 3, Opel Mokka və Jeep Avenger krossoverlərinin ən yaxın qohumudur. Krossover, Fiat ilə birləşmədən və Stellantis konserninin formalaşmasından əvvəl Fransanın PSA qrupu tərəfindən hazırlanmış CMP (Common Modular Platform) modul platformasına əsaslanır. Öndə - McPherson dayaqları, arxada - yarımüstəqil asqı var. Ötürmə - yalnız ön oxadır.
Fiat krossoverinin qohumları ilə arasındakı ən mühüm fərq, onun Fiat 500 hetçbeki üslubunda firma retrodizayna malik olan orijinal kuzovudur. İtalyanlar 600 modelini yalnız parlaq rənglərə boyayacaqlarını söyləyiblər.
Krossoverin uzunluğu 4171 millimetr (500X modelindən cəmi 93 millimetr qısa), eni - 1781 millimetr, hündürlüyü isə 1523 millimetrdir. 600e modelinin təkər bazası Fiat 500X krossoverindəki 2570 millimetrə qarşı 2562 millimetrdir. Fiat 600 modeli üçün 16 və ya 18 düymlük təkər diskləri bəyan edilib, onun klirensi isə 199 millimetrdir.
İnteryer də firma retro üslubundadır, bununla belə o, qohum Jeep Avenger modeli ilə geniş şəkildə unifikasiya olunub. Krossoverlərin ön paneli, demək olar ki, eynidir: Fiat, əslində rəqəmsal olan və yeddi düymlük ekranda çəkilmiş yumru spidometri ilə fərqlənir.
Media sistemi 10,25 düymlük ekrana malikdir. Mərkəzi konsolun yerində qatlanan üç bölməli qapaqla örtülmüş və daxilində fincan tutacaqları olan böyük bir cib var. Bütün ciblərin ümumi tutumu 15 litrə çatır. Transmissiyanın idarə edilməsinə düyməli blok məsuliyyət daşıyır.
Satışların başlanğıcında Fiat 600e iki təchizat səviyyəsində təklif olunacaqır - xüsusi RED və salamlama La Prima. Sonuncu, dəri salon, sürücü oturacağının elektrik ötürməsi və massaj funksiyası, klimat-kontrol, arxa görüntü kamerası və genişləndirilmiş daxili işıqlandırma (səkkiz rəngdən birini seçmək mümkündür) daxil olmaqla, geniş opsiyalar dəstinə malikdir.
İkinci səviyyəli avtopilot, yəni zolaqda saxlama və yol nişanlarının tanınması sistemləri nə malik olan adaptiv kruiz-kontrol da nəzərdə tutulub. Baqajın həcmi 360 litr və ya arxa divan qatlanmış halında 1231 litrdir. Əlavə ödəniş qarşılığında, elektrik ötüməsinə malik olan beşinci qapı da təklif ediləcəkdir.
Texniki baxımından elektrik Fiat 600e tamamilə eyni platformanı bölüşdüyü qohumlarını təkrarlayır. Ön oxda Emotors firmasının 156 at qüvvəli və 260 Nm (Stellantis konserni ilə Yaponiyanın Nidec şirkətinin birgə müəssisəsi) hasil edən elektrik mühərriki quraşdırılıb.
Litium-ion dartma batareyası başqa bir birgə müəssisə (Stellantis və CATL) tərəfindən çatdırılır: onun ümumi tutumu 54 kilovat/saatdır (51 kilovat/saatı əlçatandır) və çəkisi 339 kiloqramdır.
Qarışıq rejimdə dolu batareyanın tutumu 409 kilometrlik (WLTP) yürüyüşə kifayət etməlidir, şəhər rejimində isə yürüş məsafəsi 604 kilometrə çatır. Krossoverilə birlikdə AC (11 kilovat) və DC (100 kilovat) şarj cihazları verilir. Boş çəkisi 1520 kiloqramı olan krossover 100 km/saata doqquz saniyəyə sürətlənə bilər, maksimal sürət isə 150 km/saatdır. Eco, Normal və Sport hərəkət rejimləri nəzərdə tutulub.
Fiat 600e modeli Polşada, Jeep Avenger krossoveri ilə eyni konveyerdə istehsal olunacaqdır. Avropada satışların başlanması sentyabr ayına planlaşdırılır. Fiat qohum Jeep modelindən daha ucuz olacaqdır: məsələn, Fransada Avenger 600e modelinin qiyməti 36 000 avrodan başlayacaqdır. Avenger üçün isə ən azı 39 000 avro tələb olunur.
2024-cü ildə isə, modifikasiya çeşidinə təribinə 1,2-litrlik turbomühərrik, preselektiv "robot" və əlavə elektrik mühərriki daxil olan hibrid güc qurğusu ilə hərəkətə gələn Fiat 600 Hybrid versiyası əlavə olunacaqdır.
autograph.az