Firdovsi Umudovun 600 min manatlıq retro avtomobili - FOTO

Son günlər 1938-ci ildə istehsal olunmuş, 1.5 milyon AZN-ə satışa çıxarılan retro avtomobil sosial şəbəkələrdə və KİV-də müzakirə mövzusuna çevirilib.
Heç kimə sirr deyil ki, Bakıda bir çox məşhur şəxslər bahalı retro avtomobillərə sahibdirlər. Varlı ərəblərdən heç də geridə qalmayan, retro avtomobil həvəskarlarının bəzilərinin Bakıda hətta muzeyləri də mövcuddur.
Avtosfer.az "Qaynarinfo"ya istinadla xəbər verir ki, uzun illər sərbəst güləş üzrə böyüklərdən ibarət Azərbaycan milli komandasının böyük məşqçisi olmuş, hazırda Sərhədçi İdman Mərkəzinin rəis müavini vəzifəsini tutan Firdovsi Umudov da qiyməti 1 milyon manata yaxın retro avtomobilə sahibdir.
Əldə etdiyimiz məlumata görə, Firdovsi Umudov 1936-cı il istehsalı olan "BMW 326 Bj” avtomobili almaq üçün 600 min manata yaxın puldan keçməli olub. O, həmçinin avtomobil üçün öz ad və soyadına uyğun dövlət nömrə nişanı da alıb - 99-FU-990.
Qeyd edək ki, Firdovsi Umudov özü də avtomobilin fotosunu "WhatsApp” profilində də paylaşıb.
Onu da bildirək ki, 2002-ci ildən etibarən Dövlət Sərhəd Xidmətinin əməkdaşı olan Firdovsi Umudov 2022-ci ildə polkovnik hərbi rütbəsi ilə təltif edilib.
ABŞ-də Çin avtomobilləri ilə bağlı narahatlıq: Trampa məktub göndərildi
Yanacaqdaşıyan sisternin üzərindəki rəqəmlər nəyi ifadə edir?
“Bugatti”nin yeni sahibi məlum oldu - FOTOLAR
Avropa mətbuatı: “Çin avtomobili – tez elə, pis elə”
Dubay polisinin istifadəsinə yeni lüks avtomobillər verildi - FOTOLAR
Çinin lüks elektromobilinin yanmasının səbəbi üzə çıxdı
Baş direktor: Lüks avtomobil sahibləri elektromobilə maraq göstərmirlər
Elektromobillər neft böhranlarının Çinə təsirini azaldır
“Mercedes” Almaniyadakı zavodunu bağlaya bilər
Hibrid və elektromobil ustaları üçün ekspert tövsiyələri
İş adamından Çin avtomobillərinin keyfiyyəti ilə bağlı xəbərdarlıq














