"Ford" 625 min avtomobili geri çağıracaq

ABŞ-nin avtomobil istehsalçısı "Ford" şirkəti təhlükəsizlik kəmərlərində və arxa görüntü kamerasının monitorlarında aşkarlanan nasazlıqlar səbəbindən ölkə daxilində təxminən 625 min avtomobili geri çağıracaq.
Avtosfer.az xəbər verir ki, bu barədə "Reuters" nəşri ABŞ-nin Avtomobil Yollarında Hərəkətin Təhlükəsizliyi üzrə Milli Administrasiyasına (NHTSA) istinadən məlumat yayıb.
Məlumata görə, geri çağırılma təhlükəsizlik kəməri problemi aşkarlanan 332 mindən çox "Ford Mustang" avtomobilini, həmçinin arxa görüntü kamerasının displeyində nasazlıq müşahidə edilən təxminən 292 min "Ford F-250", "Ford F-350" və "Ford F-450" pikapını əhatə edəcək.
"Ford" şirkətinin dilerləri "Mustang" modellərində təhlükəsizlik kəmərlərini yoxlayacaq və zərurət yarandıqda qüsurlu hissələri yeniləyəcəklər. Bundan əlavə, pikap modellərində arxa görüntü kamerası və parkinq sistemindəki nasazlıqları aradan qaldırmaq üçün təsvirin emalı modulunun proqram təminatı pulsuz yenilənəcək.
Yeni ekoloji standartlar gəlir
Nəhəng avtomobil şirkətindən şok qərar: 50 min işçi çıxarılır
Diler mərkəzlərinə kiberhücum – DƏLƏDUZLUQ KÜTLƏVİLƏŞƏ BİLƏR
Daha güclü mühərrik və yeni dizayn: Təkmilləşdirilmiş "Niva Bronto" istehsala buraxıldı
“Tesla” uça bilən avtomobilini təqdim etdi - VİDEO
“Volkswagen” konserni model sayını yarıbayarı azaldır
Çin xarici bazarda möhkəmlənmək istəyir - Ekspert
“Porsche”nin satışında onillik minimum
Çin bazarı üçün hazırlanmış maşınların ixracı qadağan edilir
Avtomatik maşını mexanika kimi idarə etmək mümkün olacaq – YENİLİK
Çinin qlobal avtomobil bazarında payı azalır












