"Ford" dünya üzrə 3000 nəfəri işdən çıxaracaq

ABŞ-ın ən böyük avtomobil istehsalçılarından biri olan Ford, əsasən Şimali Amerikada olmaqla, qlobal miqyasda 3000 nəfəri işdən çıxaracağını açıqlayıb.
Avtosfer.az xəbər verir ki, Fordun baş direktoru Cim Farli və İdarə Heyətinin sədri Bill Ford məsələ ilə bağlı işçilərə ortaq elektron məktub göndəriblər.
Sözügedən e-poçtda şirkətin xərc strukturunun ənənəvi və yeni rəqiblərlə rəqabətədavamlı olmadığı bildirilib. Fordun yeni texnologiyaları mənimsəyərkən iş tərzini dəyişdiyinə işarə edərək, resursların yenidən təşkil edildiyi bildirildi.
"Bu gələcəyi qurmaq bir əsrdən artıq fəaliyyət göstərdiyimiz yolun demək olar ki, bütün aspektlərini dəyişdirmək və yenidən formalaşdırmaq tələb edir" deyə Farley və Ford qiymətləndirmə aparılıb.
Bildirilib ki, qlobal miqyasda 3000 nəfər işdən çıxarılacaq və ixtisarlar daha çox ABŞ, Kanada və Hindistanda baş verəcək.
Şirkətin işdən çıxarılması qərarından sonra Nyu-York birjasında satılan Fordun səhmləri dəyərinin təxminən 5 faizini itirib.
Mart ayında Ford, 2026-cı ilə qədər ildə 2 milyondan çox elektrikli avtomobil istehsal etməyi planlaşdırdığını açıqlamışdı.
“Volkswagen” və “Audi” yüz minlərlə avtomobili geri çağırır
Ərəblərin yeni elektromobili belə olacaq - FOTOLAR
ABŞ-də Çin avtomobilləri ilə bağlı narahatlıq: Trampa məktub göndərildi
Yanacaqdaşıyan sisternin üzərindəki rəqəmlər nəyi ifadə edir?
“Bugatti”nin yeni sahibi məlum oldu - FOTOLAR
Avropa mətbuatı: “Çin avtomobili – tez elə, pis elə”
Dubay polisinin istifadəsinə yeni lüks avtomobillər verildi - FOTOLAR
Çinin lüks elektromobilinin yanmasının səbəbi üzə çıxdı
Baş direktor: Lüks avtomobil sahibləri elektromobilə maraq göstərmirlər
Elektromobillər neft böhranlarının Çinə təsirini azaldır
“Mercedes” Almaniyadakı zavodunu bağlaya bilər












