“Ford” şirkəti məhkəmənin qərarından apelyasiya şikayəti verməyi hazırlaşır

Avtomobillər istehsal edən “Ford Motor Co” şirkəti Corciyadan olan ər-arvadın ölümü ilə nəticələnmiş pikap qəzasından sonra bu şirkətin 1,7 milyard dollar ödəməli olması barədə məhkəmə hökmündən şikayət verməyi planlaşdırır.
Avtosfer.az iddiaçıların vəkili Ceyms Batlerin bəyanatına istinadla xəbər verir ki, ötən həftənin sonunda Atlantadan şimal-şərqdə yerləşən Qvinnett dairəsinin andlı iclasçılar məhkəməsi “Ford” pikaplarının damının təhlükəli defektləri barədə” illər boyu davam edən məhkəmə işi üzrə verdikt çıxarıb.
2014-cü ilin aprel ayında ər-arvad Melvin və Vonsil Hill cütlüyünə məxsus olan, 2002-ci ildə buraxılmış “Ford F-250” avtomobili bir neçə dəfə aşıb. Qəza nəticəsində Melvin və Vonsil Hill həlak olublar. Onların uşaqları Kim və Adam Hil bu ölümün hüquqazidd olması barədə iddia qaldırıblar.
“Ford” şirkətinin nümayəndələri deyiblər: “Biz Hill ailəsinin kədərinə şərik olduğumuzu bildiririk, lakin verdiktin sübutlarla təsdiqlənməsinə inanmırıq və apelyasiya şikayəti verməyi planlaşdırır”.
Batler bazar günü bildirib ki, o əvvəllər “Ford” pikapları alıb və bu avtomobillərin damlarının qüsurlu olmasını yəqin edib. O deyib: “Bu lənətə gəlmiş damın qəza zamanı heç bir faydası yoxdur. Eyni qayda ilə pikap əvəzinə kabriolet də sürmək olar”.
Müdafiə tərəfinin vəkili Uilyam Uitrounun sözlərinə görə, avtomobil istehsalçısının ünvanına ittihamlar ondan ibarətdir ki, “Ford” və onun mühəndisləri avtomobilin damının möhkəmliyi barədə qərarlar qəbul edərkən düşünülməmiş və qərəzli hərəkət ediblər, onların avtomobillərində gedən insanların təhlükəsizliyinə bilərəkdən laqeydlik göstəriblər”.
İddiaçıların vəkilləri “Ford” pikapları qəzaya uğrayan zaman maşınların aşması barədə təqribən 80 oxşar hadisə ilə bağlı sübutlar təqdim ediblər. Batlerin “Butler Prather LLP” hüquq firmasında bəyanatında bildirilir ki, belə qəzalar zamanı sürücülər yaralanır və ya həlak olur.
Batlerin həmkarı Cerald Devidsonun bəyanatında deyilir: “Şübhə yoxdur ki, daha çox ölüm və ciddi xəsarətlər gözləmək olar, çünki ölkəmizin yollarında milyonlarla belə pikaplar var.
Fins.az
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












