Fransa məhkəməsindən “Uber”lə bağlı ŞOK QƏRAR

Fransanın Lyon Şəhər Məhkəməsi sürücülərin “Uber” şirkətinə dair iddiası üzrə işə baxaraq qərar verib.
Avtosfer.az Fransa mətbuatına istinadla xəbər verir ki, şirkət 139 sürücüyə 17 milyon avro təzminat ödəməlidir.
Sürücülərin vəkili jurnalistlərə bildirib ki, transmilli şirkət Əmək məcəlləsinin tələblərini pozulması, işçilərin əsaslı səbəb olmadan işdən azad etməsi, onlara yerli-yersiz intizam cəzası verməsi, iş və istirahət vaxtlarının qanunda nəzərdə tutulan həcminə əməl edilməməsi və qeyri-leqal əməyin təşkilinə görə cəzalandırılır. Bu, “Uber”lə bağlı Fransa məhkəmələrinin təyin etdiyi ən yüksək cərimədir.
“Uber” şirkəti qərardan apellyasiya şikayəti verib.
Əslində bu, Avropada şirkətlə bağlı ilk və tək məhkəmə prosesi deyil. 2000-ci ildə Fransanın Ali Məhkəməsi “Uber”lə əməkdaşlıq edən taksi sürücülərinin “sərbəst işçi” statusunun saxta olması qənaətinə gəlmişdi. Bu qərar Avropada presedent yaradıb.
Məhkəmə qərarı elan olunduqdan sonra “Uber” məhkəmə işində adı keçən lyonlu sürücülərin hesablarını deaktiv edib.
Vüqar
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












