Fransız markası kraş testdə VAZ-2107 ilə oxşar nəticə göstərdi - FOTO

“Citroen” şirkətinin istehsal etdiyi C3 modeli Latın Amerikasının kraş testində (Latin NCAP) 0 bal toplayıb.
Avtosfer.az-ın xəbərinə görə, bu fakt fransız markasının pərəstişkarlarını məyus edib. Amma məsələ başqadır.
Slovakiyada istehsal edilən C3 2017-ci ildə Avropa kraş testində mümkün 5 baldan dördünü toplayaraq çox yüksək nəticə göstərmişdi. Amma budəfəki avtomobil Andre Sitroenin vətənində (o, Fransada yaşasa da, əsli Şərqi Avropadandır) deyil, Braziliyada istehsal edilib. Bu avtomobil Latın Amerikası və Hindistan üçün nəzərdə tutulub.
Sınaq protokoluna görə, “avtomobilin strukturu qeyri-stabildir, üzbəüz toqquşmada salondakıları pis qoruyur, başın müdafiəsi zəifdir...”.
Bu da bir daha böyük şirkətlərin ilk baxışdan fərqlənməyən modellərinin əslində bazara görə dəyişdiyini göstərir.
Müqayisə üçün bir faktı da deyək ki, 2000-ci illərdə kraş test zamanı VAZ-2106 modeli 1, Niva isə 2 bal toplamışdı. VAZ-2107 isə heç bir bal toplaya bilməyib. Bir sözlə, Braziliyanın “Citroen”i təhlükəsizlik baxımından 10 il əvvəl istehsaldan çıxarılmış “Jiquli”lərlə eyni səviyyədə dayanır. Təbii ki, söhbət ABŞ və Avropa bazarı üçün olan modellərdən getmir.
Vüqar
Diler mərkəzlərinə kiberhücum – DƏLƏDUZLUQ KÜTLƏVİLƏŞƏ BİLƏR
Daha güclü mühərrik və yeni dizayn: Təkmilləşdirilmiş "Niva Bronto" istehsala buraxıldı
“Tesla” uça bilən avtomobilini təqdim etdi - VİDEO
“Volkswagen” konserni model sayını yarıbayarı azaldır
Çin xarici bazarda möhkəmlənmək istəyir - Ekspert
“Porsche”nin satışında onillik minimum
Çin bazarı üçün hazırlanmış maşınların ixracı qadağan edilir
Avtomatik maşını mexanika kimi idarə etmək mümkün olacaq – YENİLİK
Çinin qlobal avtomobil bazarında payı azalır
Elektromobilə görə istehsalçıları milyardlarla ölçülən zərəri
"Tesla" yeni modelin təqdimatını təkrarən təxirə saldı













