"Geely Coolray" modeli növbəti dəfə yenilənib

Bir bundan əvvəl, bizim bazarda Coolray adı ilə satılan, Çində isə Geely Binyue kimi tanınan yığcam krossover yüngül yenilənmədən keçmişdi. O zaman, krossoverin aerodinamik kuzov dayağının plastik elementləri dəyişdirilmiş, təchizatına yenidən baxılmışdı. İndi isə, Çin krossoveri tam ölçülü modernizasiyadan keçib: yenilənmiş krossover Geely Binyue Cool adı ilə debüt edib.

Bu dəfə təkcə bamperlər deyil, həmçinin ön və arxa fənərlər də dəyişdirilib. Ön tərəfin dizaynında marka üçün yeni olan Energy storm (keçən ildən istifadə olunur) üslubundan istifadə edilib.
Əslində bu, “X-feysin” növbəti versiyasıdır. Yeni kandar örtmələri, başqa moldinqlər və təkər diskləri peyda olub. Yeni dayaq avtomobilin uzunluğunu 50 millimetr artıraraq 4380 millimetrə çatdırıb.

Salon isə tamamilə yenidir və təəssüflər olsun ki, əvvəlki Coolray modelini fərqləndirən orijinal həllərdən məhrum edilib. Məsələn, qapıları açan dəstəklər artıq tutacaqlarla birləşdirilməyib, 10,25-düymlük cihazlar paneli isə günəşliksizdir və vizual olaraq multimedia sisteminin 12,3-düymlük displeyi ilə birlşdirilib.
Transmissiyanın yeni selektoru quraşdırılıb və qadcetlərin simsiz doldurulması sistemi peyda olub.

Kapotun altında da vacib dəyişikliklər var: əvvəlki 1,5-litrlik üçsilindrli turbomühərriki (177 at qüvvəsi v 255 Nm) yerini yeni dördsilindrli BHE15 mühərrikinə verib.
Bu aqreqat Volvo və Geely şirkətlərinin mühərrik bölmələrinin birləşməsindən yaranan Aurobay törəmə müəssisəsinin məhsuludur. 1,5-litrlik mühərrik 181 at qüvvəsi və 290 Nm fırlanma anı hasil edir, bununla belə, 92 markalı benzinlə də çalışa bilər. Artıq silindrlərin və buraxılış sisteminin çıxış borularının sayı bərabər olub.

Transmissiya əvvəlkidir - ikimuftalı yeddipilləli “robot” və ön ötürmə. Yeni mühərriki almış krossover təkcə sürətli deyil, həm də qənaətcil olub: 100 km/saat həddinə sürətlənmə zamanı 7,9-dan 7,6 saniyəyə, pasport üzrə yanacaq sərfiyyatı isə,100 kilometrə 6,3-dən 5,8 litrə qədər azalıb.
Yenilənmədən əvvəlki Geely Binyue modeli Çində 1,4-litrlik turbomühərrik və hibrid güc qurğusu ilə də təklif edilir, lakin belə versiyalar bir qədər sonra yenilənəcəklər. Binyue Cool modelinin daxili bazardakı satışlarına payızda start veriləcəkdir. Həmin zaman şirkət ixrac planlarını da açıqlayacaqdır.
autograph.az
Bu ilin 6 ən sərfəli elektrik avtomobili - Pul verməyə dəyər - SİYAHI
2026-cı ilin ən yaxşı yeni avtomobilləri AÇIQLANDI - FOTO
Dünyada ən çox satılan elektrikli avtomobil markası - SİYAHI
Dünyanın ən etibarlı avtomobil brendləri - SİYAHI
Yaşı 15-dən çox olan maşınların idxalına icazə veriləcək – RƏSMİ AÇIQLAMA
Dünyanın ən sürətli elektromobilləri – ARAŞDIRMA
Məşhur aktyorun 50 milyonluq avtomobili - FOTOLAR
Avropa elektromobil batareyaları sahəsində Çindən 20 il geri qalır
"Niva" bahalaşdı
Çin avtomobili Çar Rusiyasının brendi kimi təqdim edilir - FOTO
Özünə 200 minlik yeni avtomobil aldı - FOTO










