"Geely Monjaro" krossoveri plagin hibrid versiyada buraxılacaq - FOTO

Çin mediasında bizim bazarda Geely Monjaro, vətənində isə, Xingyue L adı ilə satılan krossoverin yeni versiyasının şəkilləri peyda olub. Bu, məişət elektrik şəbəkəsindən doldurila bilən plagin hibrididir.
Qeyd etmək gərəkdir ki, Monjaro modelinin adi hibrid modifikasiyası da mövcuddur, lakin indi bazara daxil olacaq plagin hibridin Emgrand L sedanından götürülmüş güc qurğusu ilə təchiz ediləcəyi söylənilir. Bu qurğuya 1,5-litrlik “turbodördlük” və elektrik mühərriki daxildir. İki mühərrik birlikdə 317 at qüvvəsi hasil edir. Monjaro plagin hibridinin yanacaq sərfiyyatının 100 kilometrə dörd litrdən çox olmayacağı güman edilir.

Əvvəllər plagin hibridinin Çin şəhərlərinin küçələrində sınaqdan keçirilən kamuflyaja bürünmüş prototiplərinə rast gəlinib, indi isə internetdə avtomobilin kamuflyajsız şəkilləri peyda olub - onlar Çinin Sənaye nazirliyi tərəfindən dərc edilib.
Gözlənildiyi kimi, plagin hibrid adi hibriddən ön diffuzorların örtükləri və sol qanaddakı yükləmə portu ilə fərqlənir. Bundan başqa, plagin hibrid yeni aerodinamik təkər disklərinə də sahib olub.

Geely şirkəti hələlik plagin hibridin güc qurğusu barədə təfərrüatları açıqlamayıb. Bununla belə, böyük ehtimalla, Emgrand L modelində olduğu kimi, 1,5-litrlik daxili yanma mühərriki və elektrik mühərrikinin birləşməsindən istifadə ediləcəkdir.
Bu qurğu həm ardıcıl, həm də paralel rejimdə işləyə bilir. Birinci halda benzin mühərriki generator kimi çıxış edərək, dartma elektrik mühərrikini enerji ilə təmin edir, ikinci halda isə, 20 km/saat həddindən yuxarı sürətlərdə paralel rejimə keçir və benzin mühərriki mufta vasitəsi ilə ön təkərlərə qoşulur.


Adi Geely Xingyue L hibridinə gəlincə isə, o, bu ilin mart ayından Çində satışa çıxarılıb və 245 at qüvvəsinə malik olan hibrid güc qurğusu ilə təchiz edilir. Qarışıq rejimdə belə hibrid 100 kilometrə 4,3 litr yanacaq sərf edir və yerindən 100 km/saata 7,9 saniyəyə sürətlənir.
Daha güclü plugin hibridi onu nəinki dinamik cəhətdən görə ötüb keçə, eyni zamanda, çeşiddəki ən qənaətcil krossover də ola bilər – plagin hibridin dörd litrdən az yanacaq sərf edəcəyi proqnozlaşdırılır.
autograph
Çin şirkəti yeni elektromobilini təqdim etdi – 9 dəqiqəyə tam şarj - FOTO
Elektromobillərin batareyasında yeni texnologiya - 9 dəqiqəyə tam şarj mümkün olacaq – RƏSMİ
Pekin avtomobil sərgisi açılır: 181 PREMYERA, 71 KONSEPTUAL MODEL
Moped və motosiklet sürücülərinin hazırlanması və təhlükəsiz idarəetmə qaydaları necə olmalıdır? - AÇIQLAMA
Avropada elektromobil satışında rekord; martda yarım milyonu keçib - RƏSMİ
Rusiyada təzad: ucuz modellər satılmır, lüks maşın bazarı böyüyür
Bu ilin ilk rübündə dünyada avtomobil istehsalı azalıb - RƏSMİ
Bu marka avtomobillərin antifrizinə nəzarət edin; qüsurlar ortaya çıxa bilər – AVTOMOBİL USTASI
Avtomobil alarkən kondisioneri necə yoxlamalı? - FOTO
Tramp avtomobil şirkətlərinin istəyini rədd etdi; güzəşt olmayacaq - RƏSMİ
Yağışlı havada elektrikomobil sürmək təhlükəlidirmi? - Ekspert real vəziyyəti AÇIQLADI








