“Geneva International Motor Show“ gələn il də keçirilməyəcək

Dünyanın ən nüfuzlu avtomobil sərgilərindən biri hesab olunan Cenevrə Avtomobil Salonu gələn il də keçirilməyəcək.
Avtosfer.az xəbər verir ki, bu barədə məlumatı təşkilatçılar yayıblar. Mətbuat açıqlamasında bildirilir ki, bütün dünyanı sarsıdan geosiyasi və iqtisadi qeyri-müəyyənliklər, eləcə də pandemiyanın gedişatı ilə bağlı risklər bu qərarın qəbul olunmasına əsas verib. Yaranmış vəziyyət avtomobil istehsalçılarını lazımi şəkildə sərgiyə hazırlaşmasına maneə olur.
Cenevrə Avtomobil Salonu bununla dördüncü dəfədir ki, təxirə düşür. Təşkilatçılar növbəti sərginin 2023-cü ilin noyabr ayında Qətərin Doha şəhərində keçiriləcəyini elan ediblər.
Qeyd edilməlidir ki, Cenevrə Avtomobil Salonu plana əsasən 2023-cü il fevralın 14-19-da keçirilməli idi. Beynəlxalq adı “Geneva International Motor Show“ olan Cenevrə Avtomobil Salonu dünyanın ilk avtomobil sərgilərindən biridir və yaşı yüzdən yuxarıdır. Cenevrə Avtomobil Salonu IAA (Almaniya), “Motor Show“ (Yaponiya) və “Detriot Auto Show“ ilə yanaşı dünyanın ən mühüm avtosərgiləri arasında yer alır.
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












