"Google"-un yeni funksiyası ilə işlənmiş avtomobillər siyahıya alınacaq - FOTO

“SearchLab” tərəfindən paylaşılan məlumata görə, “Google” növbəti yeniləməni sınaqdan keçirir.
Trend-in məlumatına görə, ilk olaraq ABŞ-da istifadəyə veriləcək yeniləmə istifadəçilərə “Google” Axtarışdan çıxmadan yaxınlıqda satılan avtomobilləri görməyə imkan verəcək. “Google”-da biznes profili olan dilerlər Avtomobil İdentifikasiya Nömrəsi olan bütün avtomobilləri bu siyahıya əlavə edə biləcəklər.

Bu siyahıya pikap, karvan və motosiklet kimi nəqliyyat vasitələri daxildir. Yəni bu yeniləmə ilə “Google”-da ikinci əl avtomobilləri axtardığınız zaman yaxınlıqdakı dillerlərin satışa çıxardığı avtomobillər siyahıya alınacaq. Seçdiyiniz avtomobilin xüsusiyyətlərini və istifadə şərtlərini "Satılır" bölməsində görə biləcəksiniz. Bu yolla ikinci əl avtomobil alarkən “Google”-un qeyd etdiyi nəqliyyat vasitələrindən yararlana bilərsiniz. Bu yeniləmə ilk olaraq ABŞ-da yayılacaq.
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












