Hansı daha vacibdir: Avtobus, yoxsa içki?

Avtobusların intervalının böyüməsindən şikayətlər demək olar hər gün eşidilir. Sərnişin evinə tez çatmaq istəyir ki, bu da başadüşüləndir. Sürücü də son dayanacağa tez çatıb bir neçə dəqiqəlik fasiləni qənimət bilir. Lakin bu hər zaman mümkün olmur.
Bu gün saat 13.00 radələrində 18 saylı avtobusda rastlaşdığım hadisə göstərdi ki, kiminsə elementar intizamsızlığı cəmi 1 dəqiqə ərzində bütün nəqliyyat axınının pozulması üçün kifayətdir. Azərbaycan Prospektindən (Monolitin qarşısı) Əhməd Cavad küçəsinə dönmək istəyən avtobus sürücüsü sürprizlə qarşılaşdı. Küçənin başlanğıcında piyada səkisi üzərində dayanan 99 JP 075 nömrəli avtomobil enerji içkisi boşaldırdı. Həm də heç kimə məhəl qoymadan.
Vəziyyət təxminən 5 dəqiqə çəkdi və uzun tıxac yarandı. Nəhayət, sürücü avtomobili irəli çəkdi, lakin bir məsəldə deyildiyi kimi, üzrü günahından betər oldu. o, avtomobili bu dəfə avtobus dayanacağıda park etdi. Sürücü də gözləyən sərnişinləri elə yolun ortasında mindirməyə məcbur oldu. bir sözlə, 1 nəfərin məsuliyyətsizliyi 2 küçədə hərəkəti iflic etdi.
Biz əlbəttə ki hansısa mağazaya mal verilməsinə qarşı deyilik. Lakin bunu sivil formada təşkil etmək mümkündür.
Vüqar
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO
“Tesla” bu modelin satışından imtina etdi – MÜŞTƏRİLƏRƏ BƏD XƏBƏR












