Reklam

"Hennessey Venom F5" hiperkarı trek versiyasına sahib olub

Avtodünya 10 Yanvar 2023 22:19 Oxunub 1448
"Hennessey Venom F5" hiperkarı trek versiyasına sahib olub
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Amerikan Hennessey Venom F5 hiperkarı ilkin olaraq ən sürətli seriya avtomobil kimi təqdim edilmişdi: yaradıcılarının hesablamalarına görə, onun maksimal sürət 300 mil/saatdan (483 km/saat) çox olmalıdır. Kupenin 24 nüsxədən ibarət olan tirajı çoxdan satılıb və artıq amerikan istehsalçısı spayderlərin (30 nüsxə bəyan edilib) istehsalına başlamaq qərarına gəlib. Lakin amerikan şirkəti bu günə qədər arzu olunan həddə çatmaq üçün uğurlu cəhdləri həyata keçirməyib.

Beləliklə, Hennessey Special Vehicles taktikasını dəyişmək qərarına gəlib. Təqdim edilmiş Hennessey Venom F5 Revolution hiperkarı artıq sürət rekordu üçün deyil, trekdə idarə etmədən həzz almaq üçün nəzərdə tutulub. Bununla belə, onun ictimai yollara çıxışı da var.

Texniki cəhətdən Revolution versiyası əsas Venom hiperkarından demək olar ki, fərqlənmir. Hennessey şirkətinin öz məhsulu olan 6,6-litrlik V8 Fury biturbo mühərriki eyni qalıb: onun hasilatı əvvəlki kimi 1842 at qüvvəsi və 1617 Nm fırlanma anı təşkil edir.

Aqreqatın soyudulmasını yaxşılaşdırmaq üçün damda əlavə hava girişi peyda olub. Transmissiya da standartdır: bir muftalı yeddi pilləli “robot” dartma qüvvəsini yalnız arxa təkərlərə ötürür. Yaylıi dayaqları olan tənzimlənən asqı yenidən sazlanıb, lakin heç bir əsaslı dəyişiklik yoxdur.

Revolution versiyası ilə baza kupesi arasındakı əsas fərq təkmilləşdirilmiş aerodinamika və azaldılmış çəkidir. Lakin "pəhriz" o qədər də effektiv alınmayıb. Əgər standart Venom F5 hiperkarının boş çəkisi 1385 kiloqram təşkil edirsə, Venom F5 Revolution təxminən 1360 kiloqram ("3000 funtdan az") çəkiyə malikdir. Yeni döymə təkər diskləri də peyda olub.

Aerodinamika baxımından isə, təkcə tənzimlənən arxa antiqanad 400 km/saat sürətində 635 kiloqram yerəbasma qüvvəsinin ekvivalenti təmin edə bilər. Ön splitter və arxa diffuzor da böyüdülüb, ön kaportanın yan tərəflərində kanard-qanadlar quraşdırılıb.

Nəticədə, kupe dinamikada itirsə də (maksimal sürət “ən azı 402 km/saat” vəd edilib), idarəetmədə qazanıb. Trekdə əldə edilən nəticələri izləmək üçün kupe standart olaraq telemetriya ilə təchiz edilir.

Hennessey Venom F5 Revolution hiperkarı əsas versiya ilə eyni sayda (24 nüsxədə) buraxılacaqdır. Amma standart kupenin qiyməti 2,1 milyon dollardırsa, Hennessey yeni versiya üçün 2,7 milyon dollar istəyir.

autograph.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh