Hitlerə və Brejnevə məxsus avtomobillər satışa çıxarıldı - FOTO

Ukraynalı biznesmen Taras Demkura şəxsi avtomobil kolleksiyasını satışa çıxarıb.
Avtosfer.az-ın xəbərinə görə, satışa çıxarılan avtomobillər arasında nadir “Maybach”, “Mercedes-Benz”, “Jaguar” və “Lincoln” da var.
“Maybach” kabriolet Hitlerin Ukraynadakı canişininə məxsus olub. Sovet ordusu buranı azad edərkən canişin maşını ataraq qaçıb. Avtomobili tapar bir Vinnitsa sakini onu illərlə evində gizlədib.
Kolleksiyada 1967-ci ildə ABŞ prezidenti Riçard Niksonun Brejnevə hədiyyə etdiyi “Jaguar” da yer alır. Bir haşiyə çıxaq ki, Vaşinqtona səfəri zamanı edilən bu hədiyyəni Baş katib şəxsən yoxlamışdı. Brejnevin 180 dərəcə fırlatdığı maşında Nikson qorxudan qapı dəstəyindən yapışmışdı.
Satışa həmçinin 1937-ci ildə istehsal edilmiş “Mercedes” və “Opel” də çıxarılıb.
Kolleksiya sahibi bildirir ki, əldə edilən gəlir Ukrayna ordusunun ehtiyaclarına sərf olunacaq.
Vüqar
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO

















