“Honda” 200 mindən çox avtomobilini geri çağıracaq

Yaponiyanın avtomobil istehsalçısı “Honda Motor Co” əyləc sistemindəki problemlərə görə Çində istehsalı olan 200 mindən çox avtomobili geri çağıracaq.
Avtosfer.az xəbər verir ki, Çinin Bazarın Tənzimlənməsi üzrə Dövlət İdarəsinin məlumatına görə, geri çağırılan nəqliyyat vasitələrinin 106 mini “Honda” kompaniyasının 2018-ci ilin oktyabrından 2020-ci ilin sentyabrına qədər yerli “Dongfeng Motor Group Co”, 95 mini isə “Guangzhou Automobile Group Co” kompaniyaları ilə birgə istehsal etdiyi hibrid avtomobillərdir. “Honda”nın çinli tərəfdaşları geri çağırılan avtomobillərdə nasaz komponentləri yenisi ilə əvəzləyəcək.
Mart ayında başa çatan son maliyyə ilində “Honda” kompaniyası Çində 1,62 milyon avtomobil istehsal edib ki, bu da öncəki illə müqayisədə 14 faiz azdır.
azertac
Diler mərkəzlərinə kiberhücum – DƏLƏDUZLUQ KÜTLƏVİLƏŞƏ BİLƏR
Daha güclü mühərrik və yeni dizayn: Təkmilləşdirilmiş "Niva Bronto" istehsala buraxıldı
“Tesla” uça bilən avtomobilini təqdim etdi - VİDEO
“Volkswagen” konserni model sayını yarıbayarı azaldır
Çin xarici bazarda möhkəmlənmək istəyir - Ekspert
“Porsche”nin satışında onillik minimum
Çin bazarı üçün hazırlanmış maşınların ixracı qadağan edilir
Avtomatik maşını mexanika kimi idarə etmək mümkün olacaq – YENİLİK
Çinin qlobal avtomobil bazarında payı azalır
Elektromobilə görə istehsalçıları milyardlarla ölçülən zərəri
"Tesla" yeni modelin təqdimatını təkrarən təxirə saldı












