"Hyundai" beşinci nəsil "Santa Fe" modelini nümayiş etdirib

Hyundai növbəti, beşinci nəsil Santa Fe krossoverinin ilk rəsmi şəkillərini dərc edib. Populyar orta ölçülü model 23 illik istehsal tarixindəki ən radikal dəyişikliyə məruz qalıb. Bununla belə, koreyalılar texniki təfərrüatları və rəqəmləri dərc etməyiblər.
Santa Fe "kvadratlaşıb", sələflərindən nəzərəçarpacaq dərəcədə daha iri və brutal olub. Təkər bazasının uzadıldığı və ön kuzov çıxışının hazırkı modeldəki ilə müqayisədə daha qısa olduğu deyilir, lakin hələlik dəqiq rəqəmlər açıqlanmayıb. Bucaq və künclərin bolluğu fonunda, gündüz hərəkət işıqlarının və arxa fənərlərin “H” formalı yeni firma naxışı demək olar ki, “itib” (eyni həlldən kiçik Hyundai Exter krossoverində də istifadə edilib).
Nəsil dəyişikliyi ilə, yeni Santa Fe modelinin daha geniş salona malik olduğu, eyni zamanda, baqaj bölməsinin tutumunun daha nəzərəçarpacaq dərəcədə artığı bildirilir. İkinci və üçüncü cərgənin oturacaqları qatlanan zaman hamar bir döşəmə yaradırlar.
Beşinci qapının girişi mümkün qədər enli olub, buna görə də əsas arxa işıqlar tamamilə onun üzərində yerləşir. Onları bamperdəki əlavə bölmələr təkrarlayır. Təkər disklərinin maksimal diametri 21 düymdür.
İnteryer tərtibatı digər yeni Hyundai modellərindən artıq tanışdır. Burada iki ekranı (hər biri 12,3 düym), özündə birləşdirən əyri paneli, həndəsi dizaynı və klimat-kontrolun ayrıca idarəetmə paneli (fırlanan sensorlu düymələrlə) olan tamölçülü mərkəzi konsol var.
Transmissiyanın idarə edillməsinə sükan sütunundakı ayrıca selektor cavabdehdir, mərkəzi tuneldə isə smartfonların simsiz doldurulması üçün iki platforma yerləşir. Tərtibatda yumşaq plastik və nappa dərisindən istifadə olunur. Seçimlər arasında iki ayrı bölməsi olan panoram dam var.
Yeni Hyundai Santa Fe krossoverinin eninə yerləşən mühərriki və əsas ön ötürməni qoruyub saxladığı artıq aydındır. Arxa tərəfdəki "2.5T" nişanı isə açıq şəkildə mühərriklərdən birinə işarə edir:
2020-ci ildəki restaylinqdən sonra, Santa Fe modelinin mühərrik çeşidində belə bir “turbodördlük” peyda olub. Digər təfərrüatlar avqustun 10-na planlaşdırılan tamölçülü təqdimatdan sonra açıqlanacaqlar.
autograph.az
Hibrid və elektromobil ustaları üçün ekspert tövsiyələri
İş adamından Çin avtomobillərinin keyfiyyəti ilə bağlı xəbərdarlıq
Çin avtomobillərinin keyfiyyəti hökuməti də narahat edir
Volkswagen 76 illik avtomobil markasını bağlaya bilər – Qərar 3 il sonra veriləcək
Doldurulabilən hibridlər: Nəzəriyyə və təcrübədə ziddiyyət
Məşhur dizayn şirkəti satıldı - FOTO
Rusiyanın yeni avtomobil startegiyasında avtomat transmissiya yer almır
Rusiyada cavabı bəlli sual: Niyə yaponlara çata bilmirik?
Dilerləri bezdirən çinli istehsalçılar
Amerikadan gətirilən maşınları idarə edənlərin NƏZƏRİNƏ: Mütləq...
"Volvo" Stokholmdakı ofisini bağlamağa hazırlaşır










