"Hyundai" Ioniq 6: 325 at qüvvəsi və 610 kilometrlik yürüş ehtiyatı

Avtodünya 16 İyul 2022 13:44 Oxunub 1206
"Hyundai" Ioniq 6: 325 at qüvvəsi və 610 kilometrlik yürüş ehtiyatı
WhatsApp kanalımıza abunə ola bilərsiniz

İyunun sonunda şəkillərdə təqdim edilmiş Ioniq 6 modelinin xarakteristikaları tamamilə açıqlanıb. Seriya modeli Prophecy konseptinin əsasında yaradılıb və Cd 0,21 aerodinamik müqavimət əmsalına malik olan axıntılı kuzovu ilə öyünə bilər.

Bort elektronikası 800 voltluq gərginlik ilə çalışır və batareyanın 10-dan 80 faizə qədər yüklənməsini 18 dəqiqə ərzində həyata keçirir. Elektrokar 100 kilometrə 14 kilovat-saat enerji sərf edir.Bəyan edilmiş mənzil – WLTP dövrü üzrə 610 kilometrdir

Ioniq 6 modelinin əsasını, digər “İoniklər” kimi Electric-Global Modular Platform (E-GMP) təşkil edir. Elektrokarın uzunluğu 4855 millimetr, eni – 1880 millimetr, hündürlüyü isə, 1495 millimetrdir. Ölçülərinə görə o, Kiao Optima modelində daha yaxındır. Təkər bazasının ölçüsü 2950 millimetrdir.

Baza batareyası 53 kilovat-saatlıq, opsional uzunmənzilli batareya isə 77,4 kilovat-saatlıq tutuma malikdir. Alıcılara arxa və tam ötürməli variantlar, o cümlədən 325 at qüvvəsi və 605 Nm fırlanma anı hasil edən ikimühərrikli güc qurğusu olan top versiya da təklif ediləcəkdir. Top versiya 100 km/saat həddinə 5,1 saniyəyə sürətlənir.

Hyundai Ioniq 6 modeli 64 rəngdə işıqlandırması, altı əvvəlcədən təyin edilmiş mövzusu və hərəkət sürətindən asılı olaraq parlaqlığın dəyişdiyi Speed Sync Lighting rejimi olan Dual Color Ambient Lighting interyer işıqlandırması ilə təchiz ediləcəkdir.

Ön paneldə iki qoşalaşmış 12-düymlük ekran yerləşəcəkdir. Elektromobilin naviqasiyası enerji yüklənməsi ehtiyacını nəzərə alaraq marşrutu planlaşdırmağı və batareyanın cari vəziyyətinə uyğun olaraq nə qədər məsafə qət etməyin mümkün olduğunu biləcəyinizi söyləyə bilir. Sükan çarxındakı dörd nöqtə - Morze əlifbası ilə kodlanmış “H” hərfidir. Avtomobil enerji mənbəyinə qoşulduqda bu nöqtələr parlayır.

Eyni zamanda, Ioniq 6 modeli üçün rahat Relaxation Comfort oturacaqları (opsiya) və elektrik ötürməsinin işini dəqiq tənzimləməyə imkan verən EV Performance Tune-up sistemi də vəd edilib. Bundan başqa, e-ASD səs generatoru və elektron köməkçilər dəsti də var.

Onların arasında HDA 2 magistral yarıavtopilotu, öndən toqquşmalardan yayınmağa yardım edən FCA sistemi, yol ayrıclarına nəzarət funksiyası və Evasive Steering Assist aktiv manevr köməkçisi var. Əlbəttə ki, Ioniq 6 modelini sərbəst şəkildə parklana və qapılar açılanda yaxınlaşan avtomobil barədə xəbərdarlıq edə bilər.

Elektrokarın rəng palitrasına 12 eksteryer və dörd interyer rəngi daxil olacaqdır. “Altılıqların” istehsalına bu ilin üçüncü rübündə başlanacaqdır. Bununla belə, modelin qlobal bazara çıxma vaxtı hələlik məlum deyil. Koreyalılar bu barədə məlumatın daha sonra açıqlanacağına söz veriblər.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh