Reklam

"Hyundai" şirkəti Ioniq "5 N" elektrokarını təqdim edib

Avtodünya 18 İyul 2023 08:07 Oxunub 720
"Hyundai" şirkəti Ioniq "5 N" elektrokarını təqdim edib
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Hyundai şirkətinin N idman bölməsi benzin mühərrikli drayver avtomobilləri yaratmaq sənətinə artıq yiyələnib, indi isə, bu bölmə ilk seriya elektromobilini nümayiş etdirib. Mühəndislər onun yaradılmasına addım-addım yaxınlaşıblar: son üç il ərzində müxtəlif texniki və quruluş həlləri sınaqdan keçirilmiş RM20e, RN22e və N Vision 74 elektrik prototipləri inşa edilib. Nəticədə, Hyundai Ioniq 5 hetçbekinin bazasında ilk N elektromobili yaradılıb.

Təkmilləşdirmələrin miqyası genişdir. Məsələn, N versiyasının kuzovunun sərtliyi artırmaq üçün əlavə 42 qaynaq nöqtəsi və 2,1 metr uzunluğunda yapışqan birləşmələr tətbiq edilib. Mühərriklər və dartma batareyası gücləndirilmiş alt çərçivələrə və bərkitmələrə malik olublar. Sükan qolunun bərkitməsi daha da sərtləşdirilib, reykadakı gücləndiricili mexanizmin yenidən kalibrlənib. Bütün təkərlərdə ilə təkər topu ilə birlikdə hazırlanmış ötürmə valları var - belə konstruksiya ənənəvi tərkibli birləşmədən 10% daha yüngül və 55% daha sərtdir.

Baza modeli kimi, Hyundai Ioniq 5 N modeli də iki mühərrikli tam ötürməyə malikdir. Lakin N versiyası 21.000 dövr/dəqiqəyə kimi fırlana bilən orijinal, daha davamlı elektrik mühərriklərinə sahibdir. Nominal rejimdə ön aqreqat  226, arxadakı isə 383 at qüvvəsi hasil edir. Yəni, onların ümumi gücü 609 at qüvvəsidir. Lakin ən ekstremal N Grin Boost rejimində (sükandakı qırmızı düymə ilə aktivləşdirilir) hər iki mühərrik on saniyə müddətinə maksimum gücü aşa bilər, və nəticədə artıq 650 at qüvvəsi və 770 Nm əldə edilir.

Arxa differensial elektron idarə olunan kilidə malikdir. Ancaq N versiyasında bir çox başqa özəlliklər də var. Məsələn, N Drift Optimizer adlı sistem təkcə drift üçün dartma qüvvəsinin paylanmasını dəyişdirmir, həm də kəskin atılmış muftanı simulyasiya edərək dartma qüvvəsinin kəskin artmasını aktivləşdirir. İki digər üstqurum isə, sözün əsl mənasında, səssiz elektromobili canlandırmağa kömək edəcəkdır.

N Active Sound - təkcə salonda deyil (audio sistemin səkkiz dinamikindən istifadə olunur), həm də avtomobilin xaricində (arxa tərəfdə iki dinamik quraşdırılıb) mühərrikin səsinin simulyasiya edəcəkdir. Seçmək üçün üç səs mövzusu var: 2,0-litrlik benzin “turbodördlüyü”, RN22e prototipinin elektrik mühərrikləri və… qırıcı təyyarənin reaktiv mühərriki. Üstəlik, Ioniq 5 N səkkiz ötürmənin dəyişdirilməsini simulyasiya edə bilir: N e-shift sistemi təkcə səslə “işləmir”, o həmçinin elektrik mühərriklərinin dartma qüvvəsini qısa müddətə kəsir!

Bununla belə, bu təqlidlər olmasa belə, 2250 kiloqramlıq Hyundai Ioniq 5 N hetçbeki özünün layiqli dinamikası ilə sevindirə bilər. O, 100 km/saata 3,4 saniyəyə sürətlənir, maksimal sürət isə 260 km/saat təşkil edir. 20 millimetr endirilmiş asqı yarış treklərində (Nürburqrinq daxil olmaqla) sazlanıb. Ön əyləclər dörd porşenli mexanizmlər və 400 millimetrlik disklərə, arxadakılar isə, sadə üzən supportlara və 360 millimetrlik disklərə malikdirlər. Üstəlik, 0,6 g qədər yavaşlamağa imkan verən çox səmərəli rekuperasiya sistemi mövcuddur. İdman rejimlərində elektronika dartma qüvvəsini kəsmədən sol ayaqla əyləcləmə etməyə imkan verir.

84 kilovat/saatlıq batareya ayrıca radiatoru olan qabaqcıl temperaturaya nəzarət sisteminə malikdir. Yarış trekinə getməzdən əvvəl batareya əvvəlcədən qızdırıla və işlək temperatura gətirilə bilər. DC şarj cihazının gücü 350 kilovatdır. Lakin Hyundai hələlik dolu batareya ilə yürüş məsafəsini açıqlamayıb.

Zahiri cəhətdən, Ioniq 5 N modeli baza hetçbekindən aqressiv kuzov dəsti (avtomobilin uzunluğunu 80 millimetr artırıb), genişləndirilmiş təkər tağları (ümumi eni 50 millimetr artıb), böyük arxa spoyler və 21 düymlük orijinal təkər diskləri ilə fərqlənir. Salonda - fərqli sükan çarxı, ön idman oturacaqları (onlar baza oturacaqları ilə müqayisədə 20 millimetr aşağıda quraşdırılıb) və cihazlar panelinin digər qrafikası var.

Müstəqil testləri gözləmək gərək olacaq: Hyundai, “bərkgedən” Ioniq 5 N modelinin bazara yalnız 2024-cü ilin yazında daxil olacağını bildirib. Bununla belə, artıq, N bölmıəsinin elektromobillər çeşidinin yaxın gələcəkdə genişləndirilməsi vəd edilib.

autograph.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh