“Hyundai” və “KIA” avtomobilləri yeni naviqasiya sistemləri əldə edəcək - FOTO

Cənubi Koreyanın “Hyundai Motor Group” konserni bu il Avropada satılan bütün “Hyundai” və “KIA” avtomobillərinin yeni təkmilləşmiş naviqasiya sistemləri əldə edəcəyini açıqlayıb.
Onlar avtomobil və şəxsi GPS naviqasiyası üçün cihazların dünyaca məşhur yaradıcısı və istehsalçısı olan Hollandiyanın məşhur “TomTom” şirkəti tərəfindən hazırlanıb. Yeri gəlmişkən, “Hyundai Motor Group” artıq öz premium “Genesis” avtomobillərini holland naviqatorları ilə təchiz edir.

TomTom naviqasiya sistemləri ilə təchiz olunacaq “Hyundai” və “KIA” avtomobillərinin bütün Avropa versiyaları ekspertlər tərəfindən öz sinfinin ən yaxşısı hesab edilir. Məsələn, onların yüksək dəqiqliyə malik xəritələri, real vaxt rejimində bütün trafik məlumatlarını təqdim edir.

Bu, təkcə sürücülərə nəqliyyat marşrutlarını optimallaşdırmağa imkan vermir, həm də müasir sürücüyə yardım sistemlərinə (ADAS) yol vəziyyətini daha yaxşı proqnozlaşdırmağa şərait yaratmaqla, onun təhlükəsizlik səviyyəsini artırır.

Bununla əlaqədar olaraq, “TomTom” nümayəndələri bildirirlər ki, bu tətbiq sürücülərin yollarda qarşılaşa biləcəyi hər şey - o cümlədən yamaclar, döngələrin əyriliyi, zolaqların sayı, mövcud məhdudiyyətlər və s. haqqında rəqiblərdən daha yaxşı məlumat verir.

Bu məlumat şübhəsiz ki, sürücülərə səfərlərini daha təhlükəsiz və daha sürətli etməkdə, həmçinin yanacağa və ya elektrik avtomobillərində akkumulyator enerjisinə qənaət etməyə kömək edəcək.

“Hyundai Motor Group” və “TomTom” şirkətlərinin mətbuat xidmətlərinin dərc etdiyi məlumatlara görə, yaxın illərdə bütün “Hyundai”, “KIA” və “Genesis” avtomobillərinin Avropa versiyaları standart olaraq holland naviqatorları ilə təchiz ediləcək.
Nərminə Əli
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












