Reklam

İlk avtomobili kim yaradıb? - 150 ildir davam edən mübahisə - FOTO

Avtodünya 2 Fevral 2023 09:30 Oxunub 582
İlk avtomobili kim yaradıb?  - 150 ildir davam edən mübahisə  - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

İlk avtomobili kim yaradıb sualına görə almanlar və fransızların 150 illik mübahisələri bitmir. Hər tərəf öz dəlilini gətirir. Lakin mübahisələr olsa da, Almaniyanın avtomobil sənayesini Fransasız təsəvvür etmək mümkün deyil. 

Avtosfer.az-ın Fransa KİV-ə istinadla xəbərinə görə, dünyada seriya ilə istehsal olunan ilk avtomobili Fransanın “Panhard & Levassor” şirkəti 1890-cı ildə istehsal edib. Əgər Qotlieb Daymler 1885-ci ildə ixtira etdiyi mühərriki velosipedə yerləşdirimşdisə, mühəndis Levassor bizim başa düşdüyümüz “klassik avtomobil”in yaradıcısıdır. Levassorun tətbiq etdiyi mühərrik + sürət qutusu + kardan valı + arxa körpü sıralaması bu gün də müvəffəqiyyətlə tətbiq olunur. O dövrün mətbuatı bu sistemi “texniki inqilab” adlandırdı.
Lakin Levassorun tətbiq etdiyi digər bir yenilik - reversiv ötürmə sistemi avtomobillərdə deyil, dəmir yol nəqliyyatında müvəffəqiyyətlə tətbiq olunur. (Reversiv ötürmə dedikdə nəqliyyat vasitəsinin hər iki istiqamətə eyni sürətlə hərəkət etməsinə imkan verən transmissiya başa düşülür. Bu sistem lokomotivlərin, metro vaqonları və tramvayların manevr etməsi üçün böyük yer tutan və çox xərc tələb edən dönmə yollarının çəkilməsi zərurətini aradan qaldırır). 
Əlbəttə ki, şirkətin mühərrik sahəsində də ciddi təcrübəsi vardı. Mühəndisər Reno Panhard və Emil Levassor 1875-ci ildə qaz mühərriklərini layihələndirməyə başlayırlar. Kütləvi istehsal növbəti il reallaşır. “Daimler” mühərriklərinin Fransa distributoru Eduard Sarazen onların uğurundan xəbərdar olduqdan sonra Emil Levassorla əlaqə qurur. Levassor 1890-cı ildə Sarazenin dul arvadı ilə evlənir və “Daimler”in lisenziyası əsasında “Panhard & Levassor” Cəmiyyəti “Levassor” markalı benzin mühərriklərinin istehsalına başlayır. Beləliklə, Parisin 13-cü dairəsində dünyada ilk avtomobil zavodunun təməli qoyulur. 1892-ci ildə istehsal edilmiş A tipli “Panhard & Levassor” növbəti il satılır. 26 ildə 40 000 km qət edən avtomobil hazırda Fransanın Milli Avtomobil Muzeyindədir.
Texniki göstəricilərə gəlincə, 0,8 kub santimetrlik mühərrik 1,5 at gücü hasil edirdi. Bu da 12 km/saat sürətlə hərəkətə imkan verirdi. Avtomobil 5 il ərzində 15 ədəd istehsal olunur. Ondan sonra gələn P2D versiyası isə 180 ədəd hazırlanır. 
“Panhard & Levassor” 1967-də maliyyə böhranı zamanı “Peugeot” tərəfindən alınandan sonra mülki avtomobillərinin istehsalı dayanır. İndi şirkət yalnız hərbi texnika istehsal edir. Bu markadan olan zirehli texnika dünyanın qaynar nöqtələrində xidmət edir.

Vüqar Yaşaroğlu

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh