İranın ən böyük avtomobil şirkəti Azərbaycanda rəqabət aparacaq

İranın ən böyük avtomobil istehsalçısı “İran Khodro” Azərbaycan, Oman və İraq kimi bazarlarda rəqabət aparmaq niyyətindədir.
Avtosfer.az xəbər verir ki, bunu “İran Khodro”nun vitse-prezidenti Kianuş Purmocib deyib.
O bununla belə əlavə edib ki, həcm baxımından Rusiya da önəmlidir.
Vitse-prezidentin sözlərinə görə, şirkət bu il 500 mindən çox avtomobil istehsal edəcək.
Hazırda “İran Khodro”nun ixrac həcmi ildə 20 min avtomobil təşkil edir. Beləliklə, əlavə 80 min avtomobil çox güman ki, Rusiyaya ixrac ediləcək.
Şirkətin baş direktoru Mehdi Xətibi isə deyib ki, “Iran Khodro” bu ildən etibarən məhsullarını Rusiyaya ixrac etməyə başlayacaq. O, bildirib ki, istehsalçı Rusiya bazarına xüsusi diqqət yetirmək niyyətindədir, eyni zamanda həmin ölkədən olan investorlarla əməkdaşlıq haqqında düşünür.
“Report”
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












