İsti hava avtomobillərdə ən çox bu detalları sıradan çıxarır - FOTO

Yayın ən isti günləri əksər ölkələrdə öz sərt üzünü göstərir. Bu da heç şübhəsiz avtomobillərə də təsir edir.
Avtosfer.az-ın xəbərinə görə, isti havada istismar avtomobilin texniki vəziyyətinə təsirsiz ötüşmür. Havanın temperaturu 30 dərəcə Selsini keçdikdə istənilən nəqliyyat vasitəsində yanacaq sərfiyyatı artır. Bu da bir qayda olaraq buxarlanmanın intensivləşməsi və havada rütubətin artması ilə izah edilir. Əlavə olaraq, kondidionerdən istifadə yanacaq sərfiyyatının bəzən 15%-dək artmasına səbəb olur. Elektromobillərdə isə çox qızan batareyanın tutumu azalır, boşalma sürətlənir.
İstər yerli, istərsə də xarici təcrübədə isti havada ən çox rast gəlinən nasazlıq mühərrikin qızmasıdır. Növbəti yerdə tormoz sistemi detallarının qızmasıdır. Bu sistemdə yüksək temperatur (70 dərəcə Selsidən yuxarı) tormoz yolunun ciddi şəkildə artmasına, bəzən də ümumiyyətlə avtomobilin dayanmamasına səbəb olur. Çıxış yolu tormozdan mümkün qədər az istifadə etmək, mühərriklə tormozlamaqdır.
Üçüncü yerdə isə təkərlərin qızaraq partlaması gəlir. Təcrübə göstərir ki, yol polisinin təkərlərin göstəricisinə ciddi nəzarət etdiyi ölkələrdə bu problemə az rastlanılır. Bir qayda olaraq istinin təsirindən köhnə, zədəli, protektor naxışları yeyilmiş təkərlər partlayır. Təəssüf ki, ölkəmizdə bir çox sürücü təkərə etinasız yanaşır. Avqust ayı olmasına rəğmən qış təkərləri ilə avtomobil idarə edən sürücülər N qədərdir. Belə bir düşüncə hakimdir ki, yayda istənilən təkərlə sürmək olar.
Lakin hər bir məsələnin sadə həll yolu var. Bu da ilk növbədə texnikanı saz saxlamaq, zərurət olmadığı hallarda isti havalarda uzaq yola çıxmamaq və avtomobili sakit templə idarə etməkdən ibarətdir.
Vüqar
Hibrid və elektromobil ustaları üçün ekspert tövsiyələri
İş adamından Çin avtomobillərinin keyfiyyəti ilə bağlı xəbərdarlıq
Çin avtomobillərinin keyfiyyəti hökuməti də narahat edir
Volkswagen 76 illik avtomobil markasını bağlaya bilər – Qərar 3 il sonra veriləcək
Doldurulabilən hibridlər: Nəzəriyyə və təcrübədə ziddiyyət
Məşhur dizayn şirkəti satıldı - FOTO
Rusiyanın yeni avtomobil startegiyasında avtomat transmissiya yer almır
Rusiyada cavabı bəlli sual: Niyə yaponlara çata bilmirik?
Dilerləri bezdirən çinli istehsalçılar
Amerikadan gətirilən maşınları idarə edənlərin NƏZƏRİNƏ: Mütləq...
"Volvo" Stokholmdakı ofisini bağlamağa hazırlaşır











