"Kia" şirkəti Stinger liftbəkinin “vida” versiyasını hazırlayıb

Kia şirkəti bazarda o qədər də populyar olmayan Stinger modelinin təqaüdə göndərməyə hazırlaşdığını təsdiqləyib. Koreyalılar Stinger modeli ilə vidalaşmaq üçün, tirajı 1000 nüsxə ilə məhdudlaşacaq, xüsusi kuzov rəngi və interyer dekorasiyası ilə seçilən xüsusi Tribute Edition versiyasını hazırlamaq qərarına gəliblər. “Vida” versiyasının bütün tirajı satıldıqdan sonra, liftbək Cənubi Koreyadakı zavodun konveyer xəttindən çıxarılacaqdır. Bunun gələn ilin sonuna qədər baş verməcəyi gözlənilir.
Kia Stinger Tribute Edition versiyası kuzovun xüsusi tutqun Moonscape rənginə, yan güzgülərin qara rəngli tərtibatına, Brembo əyləc supportlarına və parlaq qara rəngli 19-düymlük təkər disklərinə sahib olub. Hər bir nüsxənin interyeri əsl terrakot dərisi ilə üzlənəcək, ön panel və qapı kartları karbon görünüşlü detallar ilə bəzədiləcəkdir. Başlıqlara arı təsvir edilmiş emblemlər həkk olunub.
Kia Stinger Tribute Edition liftbəkləri 3,3-litrlik V6 biturbo mühərriki ilə təchiz ediləcəklər. Bu, GT və GT Suede top versiyalarında quraşdırılmış turbomühərrikdir. 370 at qüvvəli mühərrik liftbəki 100 km/saat həddinə 5,4 saniyəyə sürətləndirir.
2017-ci ildə təqdim edilən Stinger Cənubi Koreya brendi üçün vacib model olub və Kia nümayəndələrinin sözlərinə görə o, yüksək məhsuldarlıqlı modellərin istehsalına xüsusi töhfə verib. Stinger modelinin mənəvi varisi EV6 GT elektromobili olacaqdır. Üstəlik, belə strategiya “yüksək məhsuldarlığın və ekoloji təmizliyin Kia nişanı altında asanlıqla birləşdirilməsini təmin edir”.
autograph.az
Diler mərkəzlərinə kiberhücum – DƏLƏDUZLUQ KÜTLƏVİLƏŞƏ BİLƏR
Daha güclü mühərrik və yeni dizayn: Təkmilləşdirilmiş "Niva Bronto" istehsala buraxıldı
“Tesla” uça bilən avtomobilini təqdim etdi - VİDEO
“Volkswagen” konserni model sayını yarıbayarı azaldır
Çin xarici bazarda möhkəmlənmək istəyir - Ekspert
“Porsche”nin satışında onillik minimum
Çin bazarı üçün hazırlanmış maşınların ixracı qadağan edilir
Avtomatik maşını mexanika kimi idarə etmək mümkün olacaq – YENİLİK
Çinin qlobal avtomobil bazarında payı azalır
Elektromobilə görə istehsalçıları milyardlarla ölçülən zərəri
"Tesla" yeni modelin təqdimatını təkrarən təxirə saldı












