Kuhl atelyesi "Toyota RAV4" krossoverini hərbi avtomobillərə bənzədib

Yaponiyanın Kuhl tüninq atelyesi Tokyo avtosalonunda Toyota RAV4 üçün hazırladığı VRAVRA Mars adlı təkmilləşdirmə layihəsini təqdim edib. Hərbi avtomobillərdən ilham alınaraq yaradılmış kuzov dəsti krossoverə brutal görünüş bəxş edir. Toxunulmamış hissələr yalnız optikalardır. Bununla belə, dəyişikliklər yalnız görünüşlə məhdudlaşmır: yolsuzluq imkanlarını palçıq şinləri taxılmış yeni disklər və klrinsi artıran liftinq dəsti ilə genişləndirilmək təklif olunur.
Kuhl atelyesində qonaq olmuş RAV4 krossoveri yeni radiator barmaqlığı, çıxıntılı kapotu və aşağı hissəsi qara rəngə boyanmış böyük bamper ilə fərqlənir. Yan kandarlarda və arxa qanadlarda əlavə qoruyucu örtmələr peyda olsa da, tüner təkər tağlarının genişləndiricindən imtina etmək qərarına gəlib. Yeni 17 düymlük Vrarva DW disklərinə Dunlop Grantrek AT5 şinləri taxılıb, arxa görüntü güzgüləri isə mürəkkəb formalı gövdələrə sahib olublar.
Arxa bamperin yan tərəflərində iri dekorativ hava girişləri görünür, beşinci qapının üstündəki spoyler böyüdülüb, arxa fənərlərin arasında isə modifikasiyanın adı yazılmış plastik panel yerləşdirilib. Kuzovda bir ədəd olsun belə Toyota loqosu qalmayıb. İnteryerin şəkilləri yoxdur, amma salonda heç bir ciddi dəyişikliyin olmadığı məlumdur: tüner interyerdəki işləri yeni oturacaq örtükləri və ayaqaltılarla məhdudlaşdırıb.
VRAVRA Mars dəsti 12 hissədən ibarətdir, onun qiyməti isə 2,140,560 yendir (28,4 min manat). Qiymətə quraşdırma, boya və vergilər də daxildir. Bununla belə, Kuhl hazır RAV4 krossoverini də təklif edir. Məsələn, benzin mühərriki olan ön ötürməli krossoverin qiyməti 4 290 000 yen (56,9 min manat) olacaqdır.
autograph.az
Bakı dayanmadan "Çin"ləşir - Avtomobillər bizi hara aparır?
Çində 1000 kilometr, Avropada 900: "BYD" batareyasının fərqi
Dünya liderlərinin istifadə etdiyi avtomobillər - FOTOLAR
Rusiyada yük avtomobili satışında davamlı azalma
Uzunmüddətli səfərə çıxarkən avtomobildə bunları mütləq edin - FOTOLAR
Ağacdan hazırlanmış avtomobil: 300 kilometrdən çox sürət yığa bilir - FOTOLAR
Dünyanın ən etibarlı avtomobilləri - 2026-cı ildə
Ukrayna müharibəsinə görə elektromobil satışları artdı - FOTO
Rusiyanın premium markasının İFLASI
“Mercedes”in sinif sistemi nəyə əsaslanır?
Avtomobil nəhəngində böhran; ixtisarlar başladı - RƏSMİ










