"Lamborghini" "Le Manda" çıxış edəcək yarış avtomobilini göstərib

İtalyan istehsalçısı trek avtomobilini Qudvud Sürət Festivalı çərçivəsində nümayiş etdirib. Yeni avtomobil məşhur 24 saatlıq marafondan başqa, daha bir neçə yarışda iştirak edəcəkdir. Şirkətin baş direktoru Stefan Vinkelmann SC63 modelini Lamborghini brendinin tarixindəki ən mükəmməl trek avtomobili adlandırıb.
Yarış avtomobilinin şassisi Ligier firması tərəfindən hazırlanıb, Lamborghini mühəndisləri isə, layihələndirmə mərhələsində asqı və əyləc sistemi üzərində işləyiblər. Lamborghini şirkətinin firma palitrasındakı rəngə boyanmış SC63, italyan brendinin üslubunda hazırlanmış aerodinamik kuzovu alıb. Belə kiə, model Y formalı optikaya, Countach üslubunda hava girişlərini və Revuelto superkarının üslubunda təkər tağlarına malikdir.
İtalyan mühəndisləri yarış avtomobili üçün, xüsusi olaraq, təkmilləşdirilmiş soyutma sistemini almış yeni 3,8 litrlik biturbo V8 mühərrikinə əsaslanan hibrid güc qurğusunu hazırlayıblar. Sistemin ümumi gücü 680 at qüvvəsidir. Güc qurğusu yeddi pilləli Xtrac sekvental ötürmələr qutusu ilə tandemdə çalışacaqdır.
Lamborghini SC63 superkarının sınaqlarına yaxın vaxtlarda başlanmalıdır. 2024-cü ildə avtomobil FIA çempionatında və IMSA yarış seriyasında iştirak etməlidir. Bundan əlavə, superkar “Sebrinqin 12 saatı” və “Le Manın 24 saatı” marafonlarında çıxış etməlidir.
autograph.az
Hibrid və elektromobil ustaları üçün ekspert tövsiyələri
İş adamından Çin avtomobillərinin keyfiyyəti ilə bağlı xəbərdarlıq
Çin avtomobillərinin keyfiyyəti hökuməti də narahat edir
Volkswagen 76 illik avtomobil markasını bağlaya bilər – Qərar 3 il sonra veriləcək
Doldurulabilən hibridlər: Nəzəriyyə və təcrübədə ziddiyyət
Məşhur dizayn şirkəti satıldı - FOTO
Rusiyanın yeni avtomobil startegiyasında avtomat transmissiya yer almır
Rusiyada cavabı bəlli sual: Niyə yaponlara çata bilmirik?
Dilerləri bezdirən çinli istehsalçılar
Amerikadan gətirilən maşınları idarə edənlərin NƏZƏRİNƏ: Mütləq...
"Volvo" Stokholmdakı ofisini bağlamağa hazırlaşır










