"Land Cruiser 300"ə rəqib gəlir – 100 kilometrə 4,4 litr işlədir

Çinin «Great Wall» şirkəti özünün yeni yolsuzluq avtomobili olan «Tank 500»ün hibrid versiyasını təqdim edib.
Avtosfer.az xəbər verir ki, çinlilərin «Land Cruiser 300»in potensial rəqəbi hesab etdiyi «Tank 500»in hibrid versiyası 2,5 dəfə daha qənaətli olub.
Belə ki, bu avtombilin qarışıq rejimimdə yanacaq sərfi 100 kilometrə cəmi 4,4 litr təşkil edir. (WLTC üzrə), adi, 6 silindrli «Tank 500» isə 100 kilometrə 10,8 litr benzin yandırırdı.
Xarici görünüşdə yeni «Tank 500 PHEV»i yalnız əlavə enerji yükləmə yerindən tanımaq olar. Elektrikli avtomobil üçün benzin vesiyasının bütün opsiyaları təbiq edilib.
Avtomobil 2 litrlik 4 silindrli, turbo mühərriklə təmin edilib. Ona 175 at gücü olan elektrik mühərriki dəstək verir. Avtomobil 100 kilometrlik sürəti cəmi 6,6 saniyəyə yığır.
Elektrikli varinat benzin vari antından daha sürətli alınıb. Belə ki, ənənəvi (yəni yalnız benzinlə işləyən) «Tank 500» 3 litrlik V6 variantlı 6 silindirli mühərriklə təmin edilib və 100 kilometri 7,35 saniyəyə yığır. «Tank 500 PHEV»in akkumulyatoru 30%-dən 80%-dək enerjini 30 dəqiqəyə yığır. Üstəlik avtomobil tam ötürücü ilə işləyir.
Yeni hibrid «Tank 500 PHEV»in qiyməti hələ açıqlanmayıb, amma onun benzin variantının ötən il elan edilən qiyməti 46900 dollar olub ki, bu da Lexuı LX-dən 4 dəfə ucuz olub.
fed.az
Bakı dayanmadan "Çin"ləşir - Avtomobillər bizi hara aparır?
Çində 1000 kilometr, Avropada 900: "BYD" batareyasının fərqi
Dünya liderlərinin istifadə etdiyi avtomobillər - FOTOLAR
Rusiyada yük avtomobili satışında davamlı azalma
Uzunmüddətli səfərə çıxarkən avtomobildə bunları mütləq edin - FOTOLAR
Ağacdan hazırlanmış avtomobil: 300 kilometrdən çox sürət yığa bilir - FOTOLAR
Dünyanın ən etibarlı avtomobilləri - 2026-cı ildə
Ukrayna müharibəsinə görə elektromobil satışları artdı - FOTO
Rusiyanın premium markasının İFLASI
“Mercedes”in sinif sistemi nəyə əsaslanır?
Avtomobil nəhəngində böhran; ixtisarlar başladı - RƏSMİ










