«Land Cruiser Prado»nun yeni versiyası buraxıldı

«Toyota»nın bütün dünyada ən populyar modellərindən olan «Land Cruiser Prado»nun yeni versiyası buraxılıb.
Avtosfer.az xəbər verir ki, «Toyota Land Cruiser Prado 2022»nin yeni modifikasiyası hələlik yalnız Yaponiyada satılır.
«Package Matt Black Edition» adlanan yeni versiya əvvəlkilərdən yalnız stilindəki bəzi dəyişikliklərə görə fərqlənir. «Package Matt Black Edition»da 18-düymlük və parlamayan («mat») disklər quraşdırılıb. Dumana qarşı faraların ətrafındakı kantlar da eyni rəngdədir.
Qalan məsələlərdə yeni versiya əvvəlkilərdən fərqlənmir. Maşını baza versiyada yenə də 2,7-litrlik 163 at gücü olan mühərrik hərəkətə gətirir, hansı ki, ekspetlərin fikrincə, bu avtomobil üçün zəifdir. Amma daha bahalı variantlar da var – 2,8 litrlik avtomobilin gücü 204 at gücü qədərdir. Fırlanma momenti 500 N*m-dir və 6-pilləli avtomat sürət qutusu ilə hərəkət edir.
Amma artıq açıqlanan məlumatlara görə, gələn ildən «Toyota Land Cruiser Prado»da daha ciddi dəyişikliklər olacaq, maşının qabarit ölçüləri olduğu kimi qalsa da, təkər bazası bir qədər də artaraq 2810 milli metrə çatacaq. Avtomobil yeni TNGA-F platforması üzərində yığılacaq, onun xarici görünüşündə də dəyişikliklər nəzərdə tutulub. Burada «Land Cruiser 300»də istifadə olunan yeniliklərdən də istifadə ediləcək.
Çində antik avtomobillərin saxta kuzovları hazırlanır
Rusların yeni avtomobili Çin versiyasından 3 dəfə baha satılır
Bloqer milyonluq maşını özü təmir etdi, 16 dəfə ucuz başa gəldi - FOTO
Ucuz qiymətə maşın almaq istəyənlərə ən çox tövsiyə olunan modellər
Bulvarda klassik və sürət avtomobillərinin festivalı davam edir - VİDEO
ABŞ-İran qarşıdurması avtomobil sənayesini təhdid edir
Avropa avtomobil bazarında yeni statistika; elektromobil satışı artdı
Qonşusuna "Mercedes" vəd etdi, aldığı pulları şəxsi ehtiyaclarına xərclədi
Ucuz deyib aldanmayın! - Çin avtomobilləri ilə bağlı şok xəbərdarlıq
"Tesla Model 3"dən daha çox məsafə qət edə bilən 5 elektrik avtomobili - SİYAHI
Bakı bulvarında klassik və sürət avtomobillərinin festivalı keçiriləcək










