Londonda müsəlmanların “Ferrari” sərgüzəştləri – HƏBS OLUNDULAR - FOTO

Londona köçən 24 yaşlı Adəm İslam sığorta şirkətindən pul mənimsəmək üçün hiyləyə əl atıb.
Lent.az xəbər verir ki, İslam özünə məxsus “Toyota MR2” markalı avtomobilini “Ferrari”yə çevirib.
O, idman avtomobilinin tanımadığı biri tərəfindən vurulduğunu əsas gətirərək sığorta şirkətindən 29 min funt sterlinq (36 min dollar) tələb edib.
Müstəntiqlər baş verən “qəzanı” tez bir zamanda üzə çıxarıblar. İslamın “Facebook”da paylaşdığı fotoşəkillərdən məlum olub ki, Məhəmməd Xayer adlı digər şəxs icarəyə götürdüyü “Audi A1” markalı avtomobili sürərkən saxta “Ferrari” ilə toqquşub.
İslamın Məhəmmədlə əlbir olub sığorta almaq planları üzə çıxıb. Onların hər ikisi dələduzluq etdiklərini etiraf ediblər. Dələduzlara müvafiq olaraq il yarım həbs cəzası verilib.
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO













