Reklam

"Lotus" ən güclü dördsilindrli mühərriki olan "Emira" sportkarını təqdim edib

Avtodünya 14 İyul 2023 17:44 Oxunub 1052
"Lotus" ən güclü dördsilindrli mühərriki olan "Emira" sportkarını təqdim edib
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Emira idman avtomobili Lotus brendinin tarixindəki ən güclü “turbodördlük” ilə təchiz edilmiş sportkar olub. Yeniliyə sifarişlər artıq qəbul olunur: Mercedes-AMG məhsulu olan ən güclü dördsilindrli mühərrik ilə hərəkətə gələn Emira sportkarı 96 - 127 min avroya qiymətləndirilib. Sportkarın 2,0-litrlik turbomühərriki 365 at qüvvəsi və 430 Nm fırlanma anı hasil edir ki, bu da onu indiyə qədər Lotus avtomobilində quraşdırılmış ən güclü aqreqat edir.

Belə bir Lotus Emira sportkarı 100 km/saat həddinə 4,5 saniyəyə sürətlənir, onun maksimal sürəti isə 290 km/saatdır. Sportkar bir neçə variantda tənzimləmələri olan Eibach yaylarını, Bilşteyn amortizatorlarını, 20-düymlük təkər disklərini və 370 millimetrlik diskləri olan əyləc mexanizmlərini əldə edib.

Salonda 12 istiqamətdə tənzimlənən idman oturacaqları və təchizat səviyyəsindən asılı olaraq 10,25 və 12,3 düymlük ekranı olan multimedia sistemi var.

Mercedes-AMG aqreqatı ilə təchiz edilmiş modifikasiya alüminiumdan hazırlanmış arxa alt çərçivəyə malikdir. Xatırladaq ki, Toyota şirkətinin altısilindrli mühərriki olan modifikasiyada bu alt çərçivə poladdandır. Bu, konstruksiyanı 12 kiloqram yüngülləşdirməyə imkan verib.

Satışların tam başlanmasına 2023-cü ilin üçüncü rübündə (iyul-sentyabr) start veriləcəkdir. Bazara ilk çıxan versiya Lotus Emira First Edition versiyası olacaqdır.

Xatırlatmaq istərdik ki, Emira daxili yanma mühərriki ilə təchiz edilən ən son Lotus modelidir. Sportkarın mühərrik çeşidində Mercedes-AMG istehsalı olan 2,0-litrlik dördsilindrli turbomühərrik ilə yanaşı, Toyota şirkətinin 400 at qüvvəli 3,5-litrlik altısilindrli mühərriki də mövcuddur.

autograph.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh