"Mazda" rotor mühərrikini yenidən dövriyyəyə qaytarır

Ötən əsrin 50-ci illərində alman mühəndis Feliks Vankelin ərsəyə gətirdiyi rotorlu mühərrik (rotor-porşenli mühərrik və ya Vankel mühərriki də adlanır) qısa müddətdə ciddi marağa səbəb oldu.
Avtosfer.az xəbər verir ki, mühərrikin real tətbiqindən sonra uzun illər həll edilə bilməyən qüsuru üzə çıxdı: litraj günü çox olsa da, resurs az idi, təmir ciddi problemə çevrilirdi. VAZ və Mazda buna baxmayaraq rotor mühərrik üzərində işi davam etdirdi.
XX əsrin əvvəllərində isə ekoloji normaların sərtləşməsi Vankel mühərriki üçün ciddi zərbə oldu. Bu səbəbdən Mazda 2012-ci ildə mühərrikin istehsalını dayandırdı. Lakin, tədqiqat dayanmadı.
Bu günlərdə isə yapon istehsalçı mühərrikdə ekoloji problemlərin həlli üçün yeni metod tapdığını elan edib. Bildirilir ki, bu məqsədlə işlənmiş qazların resirkulyasiyası (EGR) sistemi dəyişdirilir. Bu məqsədlə 2 buraxılış kanalı istifadə edilir. qaynar qazlar turbokompressora, nisbətən soyuq qaz isə EGR-in soyudulmasına sərf edilir və ənənəvi mayeli soyutma sistemində ciddi dəyişiklik lazım gəlmir.
Yeni nəsil mühərrik böyük ehtimalla hibrid avtomobillərdə quraşdırılacaq.
Vüqar
Bu ölkədə nömrənin hər hərfinə görə pul ödəniləcək
Rusiyada avtomobil satışında ciddi geriləmə - FOTO
Elektrik avtomobillərində gizli nasazlıq: Batareya problemi yaşanır
Çin avtomobilləri ilə bağlı daha bir QADAĞA
İlk avtomobili atla ötmək mümkün idi - FOTO
Bu avtomobildən cəmi 499 ədəd istehsal olunacaq - FOTO
"BMW" 720 mindən çox avtomobili geri çağırır
ABŞ-də 1955-ci ilin "Chevrolet"ni elektromobilə çevirdilər - FOTO
Avtomobil nəhəngi 32 illik əfsanəvi modelinin istehsalını DAYANDIRDI - FOTO
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir












