"McLaren" superkarlarından ilhamlanaraq yaradılmış idman ayaqqabıları satışa çıxarılıb

Amerikan Athletic Propulsion Labs idman ayaqqabıları istehsalçısı və McLaren Automotive şirkəti ilk birgə məhsullarını təqdim ediblər - bu, universal APL | McLaren HySpeed idman ayaqqabılarıdır. İdman ayaqqabıları tamamilə yeni siluetə, parlaq rəng çalarlarına və ən son texnoloji təkmilləşdirmələrə (azotla doldurulmuş altlıq arasından tutmuş FutureFoam əlavələrinə qədər) və firma Souffle Sockliner içliklərinə sahib olublar.
İdman ayaqqabısının dizaynı McLaren superkarlarından ilham alınaraq yaradılıb və onların qutusunda McLaren F1 superkarının eskizini tapmaq olar.
APL | McLaren HySpeed idman ayaqqabısı tamamilə yeni siluetə və parlaq rənglərə malikdir. Seçim üçün beş rəng təklif edilir: White/McLaren Orange, White/Black/Ombre, Rose Dust/Creme, Energy/Metallic Silver və McLaren Orange.
Hər bir idman ayaqqabısı cütlüyü narıncı və qara folqa ilə örtülmüş hədiyyə qutusuna qablaşdırılır. Qutunun içində McLaren F1 modelinin eskizi olan çekmece və hazır ayaqqabının çetryoju ilə bəzədilmiş şəffaf qara çexol var
Bütün HySpeed seriyası pəncə hissəsində McLaren Senna oturacaqları üslubunda tərtibata və 3-qatlı astara malik olan ayağı qeydə alma sisteminə (1) və mikrofiberdən hazırlanmış arxalığa (2) malikdir. Altlıqarası (4) yeni birləşmədən hazırlanıb və azotla doldurulub.
Ön və arxa tərəfdə karbonplastikdən plastina (5) ilə birləşdirilmiş FutureFoam əlavələri (6) var. Bu əlavələr qaçış zamanı müstəsna sıxılmanı, sıçrayışı və enerjinin geri qaytarılmasını təmin etmək üçün nəzərdə tutulublar. Idman ayaqqabısının üst hissəsi “superiplikdən” əlavələri olan qeyri-elastik TechLoom (3) materialından hazırlanır. Altlıqdakı naxış McLaren superkarlarının şinlərinin protektorunu xatırladır.
APL | McLaren HySpeed idman ayaqqabılarını Athletic Propulsion Labs şirkətinin saytında almaq olar. Onlar həmçinin Los-Ancelesdəki APL flaqman mağazasında və bütün dünya üzrə seçilmiş pərakəndə satış mağazalarında satışa çıxarılacaqlar.
İdman ayaqqabısının qiyməti 450 dollardır ki, bu da 765 manata bərabərdir. Xatırladaq ki, məhdud seriyadan olan Puma x Porsche Suede RS 2.7 Limited Edition idman ayaqqabılarını almaq üçün cəmi 120 avro (hazırki məzənnə ilə 122 dollar) tələb olunurdu.
autograph
Bu ilin 6 ən sərfəli elektrik avtomobili - Pul verməyə dəyər - SİYAHI
2026-cı ilin ən yaxşı yeni avtomobilləri AÇIQLANDI - FOTO
Dünyada ən çox satılan elektrikli avtomobil markası - SİYAHI
Dünyanın ən etibarlı avtomobil brendləri - SİYAHI
Yaşı 15-dən çox olan maşınların idxalına icazə veriləcək – RƏSMİ AÇIQLAMA
Dünyanın ən sürətli elektromobilləri – ARAŞDIRMA
Məşhur aktyorun 50 milyonluq avtomobili - FOTOLAR
Avropa elektromobil batareyaları sahəsində Çindən 20 il geri qalır
"Niva" bahalaşdı
Çin avtomobili Çar Rusiyasının brendi kimi təqdim edilir - FOTO
Özünə 200 minlik yeni avtomobil aldı - FOTO










