“Mercedes-AMG” premium uşaq arabası təqdim edib - FOTO

“Mercedes” şirkəti “Hartan” ilə əməkdaşlıq çərçivəsində dünya miqyasında 299 ədəd “AMG GT” uşaq arabası təqdim edib. Əsl “AMG GT” kimi, eyniadlı uşaq arabası “AMG” üslubunda təkərlər alıb.
TED.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Uşaq arabası və komplektə daxil olan çanta təbii qırmızı dəridən hazırlanıb. Daxili hissəsi idman avtomobillərinin oturacaqlarında istifadə olunan “Dinamica” mikrofiber ilə örtülüb.
“Hartan”ın bütün modelləri kimi, “AMG GT” də kilidlənə bilən fırlanan təkərlər, əyləc, qatlanan günəş qoruyucusu, tənzimlənən oturacaq və şəxsi əşyalar üçün saxlama cibləri ilə təchiz olunub. Yeniliyin qiyməti açıqlanmır.
Uşaq arabasının ölçüləri 69 x 58.5 x 31 santimetrdir ki, bu da onu qatlayaraq “AMG” avtomobilinin baqajında yerləşdirməyə imkan verir.
Rusiyada təzad: “Bentley”alınır, PAZ və QAZ-a sahib çıxan yoxdur
"BYD"nin satış və istehsalı qadağan edildi
Dünyanın ən yaxşı avtomobilləri seçilir: Finalçılar açıqlandı
Bu ölkədə nömrənin hər hərfinə görə pul ödəniləcək
Rusiyada avtomobil satışında ciddi geriləmə - FOTO
Elektrik avtomobillərində gizli nasazlıq: Batareya problemi yaşanır
Çin avtomobilləri ilə bağlı daha bir QADAĞA
İlk avtomobili atla ötmək mümkün idi - FOTO
Bu avtomobildən cəmi 499 ədəd istehsal olunacaq - FOTO
"BMW" 720 mindən çox avtomobili geri çağırır
ABŞ-də 1955-ci ilin "Chevrolet"ni elektromobilə çevirdilər - FOTO













