"Mercedes-Benz EQE SUV" krossoverinin interyerini nümayiş etdirib - FOTO

Mercedes-Benz EQE SUV krossoverinin təqdimatı bu ilin 16 oktyabr tarixinə planlaşdırılıb. Alman istehsalçısı isə, artıq tizer kampaniyasına start verib. Yenicə dərc olunmuş rəsmi şəkillərdə gələcək elektrik krossoverinin interyeri nümayiş etdirilir.
Mercedes-Benz şirkətindən EQE SUV modelinin daxili məkan baxımından öz sinifinin lideri olacağını bildiriblər. Şəkillərdə ön panelin eni boyunca uzanan hiperekran da göstərilir - o, 12,3 düymlük rəqəmsal cihazlar panelini, multimedia sisteminin 17,7-düymlük ekranını və sərnişinin qarşısındakı 12,3-düymlük ekranı özündə birləşdirir.

Hiperekran yalnız Mercedes-Benz EQE SUV modelinin top versiyalarının təchizatına daxil olacaqdır. Daha sadə versiyalarda isə, iki ayrı displey quraşdırılacaqdır.
Digər dizayn xüsusiyyətlərinə panelin konturu boyunca uzanaraq qapı kartlarına keçən ətraf işıqlandırması, mərkəzi havalandırma deflektorlarının nazik kəsikləri və təyyarə turbinləri şəklində hazırlanmış yan deflektorlar daxildir. Salon tərtibatında əsl ağac və alüminiumdan istifadə olunur.

EQE SUV krossoverin əsaslandığı Mercedes-Benz EQE elektrik sedanı 2021-ci ilin payızında nümayiş etdirilib. Avropa bazarında satılan elektrik sedanı iki versiyada təklif olunur: arxa oxda 292 at qüvvəli elektrik mühərriki və 90 kilovat-saatlıq batareyası olan EQE 350+ və 476 at qüvvəli ikimühərrikli güc qurğusu ilə hərəkətə gələn “bərkgedən” AMG EQE 43 modeli.
Birincinin qiyməti 70,6 min (121,9 min manat), ikincisinin isə, 103,8 min avrodan (179,3 min manat) başlayır.


Bir qədər sonra Mercedes-AMG EQE 53 4Matic + versiyası debüt etməlidir. Belə elektrosedanın 626 at qüvvəli güc qurğusu ilə hərəkətə gələcəyi bildirilib. Opsional AMG Dynamic Plus paketi isə, qısa müddət ərizndə qurğunun gücünü 687 at qüvvəsinə qədər artırmağa imkan verəcəkdir.
autograph.az
Çində antik avtomobillərin saxta kuzovları hazırlanır
Rusların yeni avtomobili Çin versiyasından 3 dəfə baha satılır
Bloqer milyonluq maşını özü təmir etdi, 16 dəfə ucuz başa gəldi - FOTO
Ucuz qiymətə maşın almaq istəyənlərə ən çox tövsiyə olunan modellər
Bulvarda klassik və sürət avtomobillərinin festivalı davam edir - VİDEO
ABŞ-İran qarşıdurması avtomobil sənayesini təhdid edir
Avropa avtomobil bazarında yeni statistika; elektromobil satışı artdı
Qonşusuna "Mercedes" vəd etdi, aldığı pulları şəxsi ehtiyaclarına xərclədi
Ucuz deyib aldanmayın! - Çin avtomobilləri ilə bağlı şok xəbərdarlıq
"Tesla Model 3"dən daha çox məsafə qət edə bilən 5 elektrik avtomobili - SİYAHI
Bakı bulvarında klassik və sürət avtomobillərinin festivalı keçiriləcək










