"MG4" Avropa üçün "XPower" hetçbekini hazırlayıb

Avtodünya 7 İyul 2023 17:44 Oxunub 826
"MG4" Avropa üçün "XPower" hetçbekini hazırlayıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz

İngilis MG markasının bütün tarixi, çinlilərə satılana qədər, sürətli və nisbətən güclü avtomobillərlə ayrılmaz şəkildə bağlı olub. İngilis brendi yeni sahibi - SAIC konserninin nəzarətinə keçdikdən sonra, daha sadə kütləvi modellərin istehsalına başlasa da, idman keçmişini də unutmayıb. Qarşıda MG Cyberster elektrik rodsterinin təqdimatı var, hələlik isə, daha bir güclü və drayver modeli təqdim olunub – “qaynar” MG4 XPower hetçbeki.

Elektrik hetçbeki bir il əvvəl Çində MG Mulan adı ilə debüt ediyi zaman, onun belə bir versiyasının buraxılacağı bildirilmişdi. Bununla belə, Çindəki alıcılar güclü kiçik avtomobillərə maraq göstərmirlər, ona görə də, 4,3-metrlik baza MG4 modelinin satıldığı Avropa top versiyası üçün əsas bazara çevrilməlidir. Top versiyasını MG üçün ənənəvi olan XPower indeksi ilə işarələyiblər.

Yeri gəlmişkən, qarşımızda MG markasının tarixindəki ən güclü yol modeli durur. Arxa oxda – 231 at qüvvəli, ön oxda isə 204 at qüvvəli mühərrik quraşdırılıb, sistemin ümumi hasilatı iə 435 at qüvvəsi və 600 Nm təşkil edir. Bu gücü cilovlamaq üçün DCCS (Dynamic Cornering Control System) sistemi nəzərdə tutulub ki, bu da hər iki təkərlərarası differensial kilidlinin elektron simulyasiyasından başqa bir şey deyil.

Litium-ion dartma batareyası MG4 modelinin arxa ötürməli “böyük” versiyalarındakı ilə eynidir və onun effektiv tutumu 62 kilovat/saatdır. Pasport üzrə yürüş mənzili hələlik açıqlanmasa da, hot-hetçin dinamik göstəriciləri məlumdur: Launch Control sistemi işə salındıqda 100 km/saata sürətlənmə vaxtı 3,8 saniyə çəkir, baxmayaraq ki, maksimal sürət həddi cəmi 200 km/saatdır.

MG4 XPower həm də sürücü yönümlü xarakteri ilə seçilməlidir. Onun asqısı baza hetçbekindən 25% daha sərtdir: yeni yaylar və amortizatorlar, həmçinin gücləndirilmiş stabilizatorlar quraşdırılıb. Sükan mexanizmi daha kəskin edilib, bütün təkərlərdə 345 millimetrlik disklərləri olan daha güclü əyləclər peyda olub. Eyni zamanda, böyük əyləc mexanizmləri XPower versiyasının bir neçə xarici əlamətlərindən biridir. Digər xüsusiyyətlər arasında 18-düymlük orijinal təkər diskləri və genişləndirilmiş seçilən dekor var. Amma nədənsə, salonda ümumiyyətlə spesifik təkmilləşdirmələr yoxdur.

Hot-hetçin yalnız Böyük Britaniyadakı satış qiyməti açıqlanıb: dumanlı Albionda MG4 Xpower modelini 36 500 funt sterlinqə sifariş etmək olar. Müqayisə üçün, baza hetçbekinin qiyməti 27 000 funt-sterlinqdir. “Qaynar” hetçbeki iyulun 13-də Qudvud Sürət Festivalında canlı nümayiş etdiriləcəklər. Eyni zamanda, Qudvudda daha “qəzəbli” MG EX4 konseptinin debütü gözlənilir. Bu konsept səksəninci illərin MG Metro 6R4 ralli avtomobilinin reinkarnasiyası olacaqdır. Lakin o, hələlik yalnız tizerlərdə nümayiş etdirilib.

autograph.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh