"Mini Cooper SE" Britaniya markasının ilk seriya elektrik kabrioleti olub
Mini Cooper SE Convertible elektromobili keçən ilin yayında prototip statusunda debüt edib. Lakin hər kəs prototipin tezliklə seriyaya gedəcəyindən əmin idi. Belə də oldu. Budur, BMW konserni kabrioletin əmtəə versiyasını nümayiş etdirərək, onun tirajının 999 nüsxə ilə məhdudlaşdıracağını bildirib. Kabrioletlərin hamısı Avropa bazarı üçün nəzərdə tutulub.
Az saylı tiraj, birincisi, avtomobilin xüsusi formatı, ikincisi isə, bütün F55/56/57 Mini ailəsinin istehsal dövrünün başa çatması ilə əlaqədardır. Artıq bu il yeni nəsil Mini hetçbeki təqdim olunacaq, 2025-ci ildə isə onun kabriolet kuzovlu variantı işıq üzü görəcəkdir.
Lakin BMW konserni üçün əmtəə partiyasının məhz indi buraxılması vacibdir, çünki belə Mini Cooper SE Convertible ilk dördyerli seriya elektrik kabrioleti olacaqdır. İndiyə qədər Mini yalnız ikiyerli elektrik kabrioletlərini təklif edirdi.
Dördyerli Mini kabrioletində prinsipial olaraq yeni heç nə yoxdur: o, Cooper SE hetçbekindən tanış olan texniki hissəni yumşaq qatlanan damı olan açıq kuzov ilə birləşdirir. Kabriolet 17-düymlük təkər disklərinə və bürünc rəngində dekora malikdir, kuzov isə yalnız qara və ağ rəngində ola bilər. Dəri interyer isə standart (bu hetçbek üçün opsiyadır) təchizata daxildir. Baqajın həcmi benzin kabrioletilə eynidir - 160 litr.
Ön oxdakı yeganə elektrik mühərriki 184 at qüvvəsinə malikdir, dartma batareyasının tutumu isə, 32,6 kilovat/saatdır. Doğrudur, onun tutumu WLTP dövrünə əsasən 201 kilometr yüryüşə kifayət edəcəkdir. Xatırladaq ki, daha yüngül hetçbek dolu batareya ilə 225 kilometr qət edir.
Dinamikada da dəyişiklik var: kabriolet 100 km/saata 8,2 saniyəyə sürətlənir. Hetçbek isə bu işə 7,3 saniyə sərf edir. Mini Cooper SE Convertible modeli benzin kabrioletləri ilə eyni yerdə, Hollandiyadakı VDL Nedcar zavodunda istehsal olunacaqlar. Məhdud seriyadan olan kabrioletlər aprel ayında satışa çıxarılacaqlar.
autograph.az