Niva 50 yaşınadək avtomat ötürücüsüz istehsal ediləcək
Avtodünya
2 Avqust 2023 12:29

2027-ci ildə Niva avtomobilinin istehsala başlamasının 50 ili tamam olacaq.
Avtosfer.az-ın xəbərinə görə, Avtovaz şirkəti bu modeli 50 illiyi münasibəti ilə restaylinq edəcək. Avtomobilin mühərriki yenilənəcək, dizayna da cüzi əl gəzdiriləcək. İstehsal 2027-ci ildən sonra da davam edəcək.
Ehtimal olunur ki, avtomobilə Vesta modelinin 1,6 litrlik 106 at gücündə mühərriki quraşdırılacaq. Avtomat ötürmə isə istisna edilir.
Bu ilin iyununda Rusiyada 3 135 ədəd Niva satılıb. Müasir standartlara uyğun olmasa belə, ucuz qiymət və aşağı istismar xərcinə görə avtomobilə tələbat yüksəkdir.
İstehsalına 1977-ci ildə başlanan modelin kostruksiyasında yarım əsrdə çox da ciddi dəyişiklik aparılmayıb.
Vüqar
Oxunub : 1982
DİGƏR XƏBƏRLƏR
5 Noyabr 2026 18:00
"BMW" Çində kütləvi ixtisarlara gedir
4 Noyabr 2026 12:41
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
3 Noyabr 2026 09:30
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
2 Noyabr 2026 17:46
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
30 Oktyabr 2026 18:12
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
30 Oktyabr 2026 15:44
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
30 Oktyabr 2026 12:30
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
28 Oktyabr 2026 16:00
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
28 Oktyabr 2026 15:41
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
28 Oktyabr 2026 10:23
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO
26 Oktyabr 2026 20:00
“Tesla” bu modelin satışından imtina etdi – MÜŞTƏRİLƏRƏ BƏD XƏBƏR
26 Oktyabr 2026 17:16
1984-cü ildə Avropada "VAZ-2107" reklamı - FOTO
ŞƏRH YAZ












