"Niva" həvəskarları bu xəbəri mütləq oxusun

Rusiyanın Avtovaz şirkəti “Niva” modelinin (VAZ-2121) istehsal müddətini qeyri-müəyyən vaxtadək uzadıb.
Avtosfer.az xəbər verir ki, qərar şirkətin son iclasında qəbul edilib. Bildirilir ki, “Niva”nın hər 2 variantı – “Legend” və “Urban”ın istehsalı Tolyattidəki zavodda davam etdiriləcək.
Qeyd edək ki, 2000-ci ildən sonra “Niva”nın istehsalına xitam verməyə dəfələrlə təşəbbüs göstərilib. 2003-cü ildə istehsalın Qazaxıstana köçürülməsi qərara alınsa da, tələbat çox olduğundan bundan imtina edilib. 2010-cu ildəki Rusiyada utilizasiya proqramı avtomobilə uzun növbələr yaradıb. Sovet dövrünün bu məhsulu son sanksiyalar zamanı zavodun yaşamasına imkan verir. Modelin istehsalında lokallaşma dərəcəsi 90%-ə çatdığından istehsalda ləngimə yoxdur.
“Avtorevyu” jurnalı konkret rəqəm göstərmədən yazır ki, 2021-2022-ci illərdə Azərbaycanda ən çox satılan rus avtomobili “Niva” olub.
Görünür avtomobil 50 yaşını muzeydə deyil, konveyerdə qarşılayacaq. Yubileyə cəmi 4 il qalıb ki, bu da zaman baxımından uzun müddət deyil.
Vüqar
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












