Nyu-Yorkda avtomobil yollarının hədsiz yüklənməsinə qarşı mübarizə planı qəbul edilib

Ekoloji qiymətləndirmənin çoxdan gözlənilən nəticələri bazar günü dərc edilib. Bu, Manhettəndə tıxaclara görə ödəniş alınmasına yol aça bilər.
Avtosfer.az xəbər verir ki, yeni planın son versiyasından asılı olaraq şəhərin Manhettendəki mərkəzi işgüzar rayona avtomobillə daxil olmağa görə sürücülərdən 9-23 dollar həcmində ödəniş alınması nəzərdə tutulur. 1-ci küçədən 60-cı küçəyə qədər yollarda hərəkət edən avtomobil sürücülərindən ödəniş elektron şəkildə tutulacaq. Kommersiya avtomobilləri və yük maşınları üçün gediş rüsumlarının məbləği 12-82 dollar arasında dəyişəcək. Taksi avtomobillərinin və servis nəqliyyat vasitələrinin sürücüləri Manhettənə daxil olmağa görə hazırda qüvvədə olan 2,50 və ya 2,75 dollar ödəməkdə davam edəcəklər. Bundan əlavə, tıxaclara görə yeni ödəniş tətbiq ediləcək.
Nyu-York Nəqliyyat İdarəsinin məlumatına görə, Manhetten rayonuna hər gün 8 milyon avtomobil daxil olur. Bu plana əsasən əldə ediləcək gəlirin ildə 1 milyard dollara bərabər olması gözlənilir. Əldə edilən pullar metronun və rayondakı avtobus sisteminin əsaslı təmirinə sərf ediləcək. Proqram həm də insanların şəxsi nəqliyyatdan istifadə etmək arzusunu azaltmaq üçün nəzərdə tutulub.
azertac
Amerikadan gətirilən maşınları idarə edənlərin NƏZƏRİNƏ: Mütləq...
"Volvo" Stokholmdakı ofisini bağlamağa hazırlaşır
TOGG-un 2 önəmli ortağı səhmləri satmağa hazırlaşır - AÇIQLAMA
Amerikada maşınların bahalaşması Azərbaycan bazarına təsiri edə bilər? - VİDEO
69 ildir eyni avtomobili sürür
"BYD" "Tesla"nı geridə qoydu
"Mazda" rotor mühərrikini yenidən dövriyyəyə qaytarır
Köhnə sürücülərin yol yoldaşı: Hitler kanistri - FOTO
"Porsche" Hindistan şirkəti ilə milyardlıq müqavilə bağladı
Almaniyada “Audi” üçün servis problemi: Paralel ixracın fəsadı - FOTO
Almaniyada avtosənaye böhranı: Şirkətlər tibbi və hərbi sahələrə yönəlir










