"Opel Zafira-e Life" minivenini “təkərli evə” çevirilblər

Opel Zafira-e Life miniveninin elektrik versiyası, əksər hallarda, qısa məsəfələrə və elektrik yükləmə terminallaarının yaxınlığında yürüş edən şəhər avtomobili kimi qəbul olunur. Lakin mobil evlərin yaradılması üzrə ixtisaslaşmış Crosscamp şirkətinin mütəxəssisləri bu fikirlə razı deyillər və alman elektromobilinin tam ölçülü kemper olacağını hesab edirlər. Onlar Düsseldorfda keçirilən Caravan Salon sərgisi üçün Zafir-e Life elektroveninin bazasında inşa olunmuş Crosscamp Flex kemperini hazırlayıblar.
Opel Zafira-e Life minivenin Crosscamp Flex kemperinə çevrilməsi salon quruluşunun dəyişdirilməsini nəzərdə tutur. Ön oturacaqlar 180 dərəcə dönmə imkanını əldə edir, arxa divan çarpayıya çevrilir, yuxarı qalxan damın altında isə, daha iki çarpayı peyda olur.



Avtonom yaşayış üçün mətbəx, əlüzyuyan, qaz sobası və quraşdırılmış dolablar, həmçinin içməli və tullantı suları üçün konteynerlər nəzərdə tutulub. Elektromobilin batareyasının enerjisini israf etməmək və texnikanı qidalandırmaq üçün əlavə 95 amper-saatlıq akkumulyator quraşdırılıb. Bu akkumulyator sayəsində USB konnektoru vasitəsilə digər elektrik cihazlarını da doldurmaq olar.
autograph.az
Crosscamp mütəxəssisləri Opel Zafira-e Life miniveninin texniki hissəsinə toxunmayıblar. Miniven 136 at qüvvəli elektrik mühərrikini və 75 kilovat-saatlıq dartma batareyasını qoruyub saxlayıb. Belə batareya enerji doldurmadan 322 kilometrə qədər məsafə qət etməyə imkan verir. Crosscamp Flex kemperinin satışlarına 2023-cü ildə başlanmalıdır.
"Volvo" Stokholmdakı ofisini bağlamağa hazırlaşır
TOGG-un 2 önəmli ortağı səhmləri satmağa hazırlaşır - AÇIQLAMA
Amerikada maşınların bahalaşması Azərbaycan bazarına təsiri edə bilər? - VİDEO
69 ildir eyni avtomobili sürür
"BYD" "Tesla"nı geridə qoydu
"Mazda" rotor mühərrikini yenidən dövriyyəyə qaytarır
Köhnə sürücülərin yol yoldaşı: Hitler kanistri - FOTO
"Porsche" Hindistan şirkəti ilə milyardlıq müqavilə bağladı
Almaniyada “Audi” üçün servis problemi: Paralel ixracın fəsadı - FOTO
Almaniyada avtosənaye böhranı: Şirkətlər tibbi və hərbi sahələrə yönəlir
Çində 4 milyon elektromobil geri çağırılır – Səbəbi isə bu imiş










