"Peugeot 3008" kross-kupe formatına keçir

Peugeot şirkəti iyun ayında interyeri üzərindən sirr pərdəsini götürdüyü üçüncü nəsil 3008 krossoverinin eksteryerini nümayiş etdirilib. Krossover rəngli kamuflyajla örtülsə də, profildən onun kuzov formasının təkamülü aydın görünür: Peugeot 3008 kupeyə bənzər krossoverə çevriləcəkdir. Yeni modelin tamölçülü təqdimatı sentyabra planlaşdırılıb. Yeni 3008 krossoveri 2024-cü ilin yazında bazara çıxmalıdır.
Peugeot 3008 modeli Panoramic i-Cockpit adlı yeni ön panel arxitekturasını alan ilk avtomobil olacaqdır. Bu, on bir il əvvəl ortaya çıxan i-Cockpit konsepsiyasının növbəti təkamülüdür. Buraxılmaqda olan Peugeot modellərindən olan əsas fərq - 21 düymlük əyri ekrandır. O, sükan çarxının üstündə quraşdırılıb və cihazlar paneli ilə mediasistemi displeylərini birləşdirir. Lakin proyeksiya ekranı artıq olmayacaqdır.
Ön panelin mərkəzində, ilk dəfə Peugeot 308 modelində tətbiq edilmiş sensorlu i-Toggles paneli var: bu, menyunun müxtəlif bölmələrinə aparan və ya fərdi funksiyaları aktivləşdirən böyük sensorlu düymələrdir. Özü də, bu düymələr dəstini fərdi şəkildə tənzimləmək də mümkündür.
Yeni sükan çarxındakı düymələr də sensorludurlar, lakin onlar toxunuşa deyil, basılmağa reaksiya verirlər – bu, yanlış işə düşmələrin aradan qaldırilması üçündür.
Yeni nəsil Peugeot 3008 modeli təkmilləşdirilmiş EMP2 platformasına əsaslanacaqdır. Əsas diqqəti sırf elektriklə işləyən versiyalara yönələcəkdir: Fransa mətbuatının məlumatına görə, modifikasiya çeşidinə dartma mühərrikləri və batareyaları ilə seçilən üç elektrik versiyası daxil ediləcəkdir.
Lakin hibridlər də planlaşdırılır – baza versiyası 1,2-litrlik “turboüçlüyə” (belə sistem keçən il debüt edib) əsaslanan yeni güc qurğusuna, təkrar doldurulan hibrid isə 1,6-litrlik “turbodördlüyün” əsasında hazırlanmış plagin hibrid güc qurğusuna sahib olacaqdır.
autograph.az
Hibrid və elektromobil ustaları üçün ekspert tövsiyələri
İş adamından Çin avtomobillərinin keyfiyyəti ilə bağlı xəbərdarlıq
Çin avtomobillərinin keyfiyyəti hökuməti də narahat edir
Volkswagen 76 illik avtomobil markasını bağlaya bilər – Qərar 3 il sonra veriləcək
Doldurulabilən hibridlər: Nəzəriyyə və təcrübədə ziddiyyət
Məşhur dizayn şirkəti satıldı - FOTO
Rusiyanın yeni avtomobil startegiyasında avtomat transmissiya yer almır
Rusiyada cavabı bəlli sual: Niyə yaponlara çata bilmirik?
Dilerləri bezdirən çinli istehsalçılar
Amerikadan gətirilən maşınları idarə edənlərin NƏZƏRİNƏ: Mütləq...
"Volvo" Stokholmdakı ofisini bağlamağa hazırlaşır










