"Porsche" 18 min dollara satışa çıxarıldı

Çində real ola bilməyəcək qədər ucuz qiymətə satışa çıxarılan lüks idman avtomobili alıcıların diqqətini çəkib.
Avtosfer.az xəbər verir ki,Yinçuan şəhərindəki "Porsche" dileri avtomobili cəmi 124.000 yuana (təxminən 18 min 300 dollara) satışa çıxarıb. Amma "Porsche"nin Panamera modelinin başlanğıc qiyməti əslində 148.000 dollardır.
Alman avtomobil istehsalçısının sözçüsü BBC-yə bildirib ki, qeyd olunan satış qiymətində ciddi səhvə yol verilib və dərhal dəyişdirilib:
"Satış prosesinə görə anbarda yalnız bir avtomobil olduğundan, "Yinchuan Porsche" dileri onlayn rezervasiya haqqını ödəmiş ilk müştəri ilə əlaqə saxlayıb və müvafiq nəticəyə nail olmaq üçün danışıqlar aparıb".
Diler də təklif edən hər kəslə görüşüb, vəziyyəti izah edib, üzr istəyib.
Bəziləri şirkətin “məsuliyyətsiz davrandığını”, bəziləri isə bunun yaxşı satış strategiyası olduğunu yazıb.
"Porsche" 20 ildən çoxdur ki, Çində avtomobil satışı ilə məşğuldur. Çin keçən ilin ilk altı ayında 6,2 milyard dollarlıq satışla "Porsche"nin qlobal miqyasda ən böyük bazarına çevrilib.
unikal
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












